Memarlıq çertyojunun çəkilməsi və mebelin hazırlanması
Qiymәtlәndirmә standart meyarları
|
Bәli
|
Xeyr
|
T/E
|
Tələbə bu modulun tapşırıqlarını yerinə yetirərkən:
1. 2D təsvirlərini eskizləmə işinə daxil edə bildi? 2. Mənzilin planını istifadə üçün 3D əsaslı təsvirlərə köçürdü? 3. Divar xətlərini düzbucaqlı xətlər və offset əmri ilə düzgün çəkdi? 4. Divar xətlərini çəkdikdən sonra əsas plana əsasən qruplaşma etdi? 5. Bütün divarları və sütunları eyni hündürlükdə düzəltdi? 6. Pəncərə oyuqlarını yarada bildi? 7. Döşəmədən, aşağıdan başlayaraq hündürlüyü ölçməklə pəncərə çərçivələrini düzgün çəkdi? 8. Evin strukturunu qruplaşdıra və yeni pəncərə aça bildi? 9. Lövhə boşluğunu artıraraq dam örtüyünü çəkə bildi? 10. Dam örtüyünü 150 vahid qalınlıqda və 300 vahid əlavə etməklə çəkdi? 11. Dam örtüyünün mərkəzindən aşağıya doğru maili çəkdi? 12. Dam örtüyünün küncü ilə evin yan divarına birləşdirdi? 13. Evin girişində 3 pilləli pilləkəni çəkdi? 14. Bərabər bölünmüş oyuqlarda və çərçivələrdə pəncərələri çəkdi? 15. Pəncərələri pəncərə boşluqlarına düzgün yerləşdirdi? 16. Mebel və vasitələri lazımi yerlərə yerləşdirdi? 17. 3D təsvirini yekunlaşdırıb çap üçün hazırladı? |