Memarlıq çertyojunun çəkilməsi və mebelin hazırlanması
15. Giriş qapısının qarşısında üç pilləli
pilləkən edin.
1) Lövhənin hündürlüyünü hər biri 150 vahid olmaqla üç pilləyə bölün. 2) Bölünmüş hissələri hər biri 200 vahidə kimi artırın. 3) Yan lövhəni hər biri 200 vahid olmaqla uzadın. |
|
16. Pəncərələri çəkin.
1) İki müxtəlif pəncərəni ölçün. 2) Pəncərəni çəkin, düzbucaqlı xətt əmrindən istifadə edin. 3) “Offset” əmri ilə pəncərənin xarici çərçivəsini 30 vahid qalınlığında və daxili çərçivəsini isə 15 vahid qalınlığında çəkin. 4) Pəncərələri komponent kimi çəkin. |
|
17. Pəncərə oyuqlarını çəkin.
1) Pəncərə komponentlərini çıxardıqdan sonra pəncərələri pozun. 2) Hər bir xəttin orta nöqtəsini göstərməklə pəncərə oyuqlarını bərabər düzbucaqlı forma ilə qeyd edin. |
|
18. Pəncərə oyuğunun çərçivəsini ön və arxa
tərəfdən 60 vahidə qədər uzadın.
|