İNŞAAT
2.1 Əmrlər pəncərəsi
AutoCAD-in tətbiq pəncərəsinin aşağısında əmr pəncərəsi yerləşir. Əmr pəncərəsi vasitəsilə istəklər, seçimlər və mesajlar göstərilir. Əmr pəncərəsində birbaşa lentdən, alət panelindən və menyudan istifadə etməklə və Enter-i basmaqla əmrləri daxil edə bilərsiniz. Uzun müddət bu proqramı istifadə edən AutoCAD istifadəçiləri bu üsulu üstün tuturlar. Bir əmri yazmağa başladığınızda artıq ekranda avtomatik tamamlama menyusu görünəcəkdir. Aşağıdakı nümunədə olduğu kimi, bir neçə variant mövcud olduqda düzgün seçimi kursor vasitəsilə və ya sürüşdürmə oxlarından istifadə etməklə və ok düyməsinə sıxmaqla edin.
Bir çox insanlar göstərici qurğusu kimi siçandan istifadə edirlər, lakin digər cihazların da ekvivalent idarəedilmə funksiyası var.
Bir əmri və ya seçimi axtararkən sağ düyməni sıxmaqla onu tapmağa cəhd edin. Kursorunuzun yerləşdiyi yerə görə müxtəlif menyular müvafiq əmrləri və seçimləri göstərəcəkdir.
Mətn, ölçü, xətlər və bir çox digər xüsusiyyətlər üçün parametrləri müəyyən edərək asanlıqla sənaye və ya şirkət standartlarına uyğunlaşa bilərsiniz. Məsələn, arxa həyətin dizaynı iki müxtəlif