İNŞAAT
3) Peristaltik nasos
Bəzi suvaq püskürdücüləri var ki, suvağın püskürdülməsi üçün sıxılmış havanın verilməsini tələb edən peristaltik nasosa malikdir. Bu cür suvaq püskürdücüləri suvağın həlledici əsaslı olmaması şərtilə hissəciklərinin ölçüsü təqribən 3 mm-ə qədər çatan teksturalı örtüklər də püskürdə bilir.
4) Porşenli nasos
Suvaq püskürdücülərinin yeni növləri sıxılmış hava olmadan hamar (teksturasız) suvağı püskürtmək üçün kifayət qədər təzyiqə malik porşenli nasosa malikdir. Tam havasız nasoslar bəzən hamar suvağın püskürdülməsi üçün istifadə edilir, lakin buna baxmayaraq, axın sürəti irihəcmli layihələr üçün çox aşağı olduğuna görə onlar ideal deyil; bununla belə, onlardan həlledici əsaslı suvaq püskürdülməsi üçün istifadə edilə bilər.
Pnevmatik porşenli qidalandırıcı nasoslar dəqiqədə 27 qallona qədər sürətə malikdir. Məsələn, dəqiqədə təqribən 9 qallon sürətə malik Graco Bulldog 10:1 və dəqiqədə 27 qallon sürətə malik Lincoln PileDrayver 5:1. Bu axın sürətləri maksimum 120 kub fut/dəqiqə hava təchizatında hesablanmışdır. Material təchizatı şlanqları təqribən 600 funt/kv. düym-də orta təzyiqə malikdir. Bu nasoslar yalnız material təchizatı üçündür və materialın səthə püskürdülməsi üçün püskürtmə tapançasında əlavə havanın olması tələb olunur. Bu tapançalar adətən daxili qarışdırma tipli tapançalar olur və material və hava tapançadan birlikdə çıxır.