İNŞAAT
9. Qazılmış sahəni torpaqla örtün. Suyadavamlı
maddə ilə rənglədikdən sonra qazılmış
sahəni kürəkdən istifadə edərək betonun yanlarından
torpaqla örtün.
|
Qiymәtlәndirmә standart meyarları
|
Bәli
|
Xeyr
|
T/E
|
Tələbə bu modulun tapşırıqlarını yerinə yetirərkən:
1. Betonun betonqarışdıran və hazır qarışdırılmış beton saxlayan maşınla tökülməsinin fərqini izah edə bildi? 2. Hazır qarışdırılmış betonu qəlibin səviyyəsinə uyğun tökə bildi? 3. Betonun qəlibin küncünə yayılması üçün vibratorla silkələyə bildi? 4. Taxta hamarlayıcı ilə betonun səthini hamarlaya bildi? 5. Mala ilə betonun səthindən daşan betonu təmizləyib ata bildi? 6. Betonun səthini yaş saxlamaqla ən az bir həftə ərzində betonu sərtləşdirə bildi? 7. Beton qəlibi söküb betonun vəziyyətini yoxlaya bildi? 8. Betontökən avadanlıqları və alətləri yuya bildi? |