Bəzi gips-karton mütəxəssisləri tez bərkiyən yapışdırıcı maddəni birinci qat, buxarlama yolu ilə
quruyan yapışdırıcı maddəni isə son qat üçün istifadə edirlər. Tez bərkiyən yapışdırıcılar nəm olduqda
yumşalmır və bu səbəbdən vanna otaqları kimi nəmli mühitlər üçün tövsiyə olunur. Mütəxəssislər
üç əvəzinə iki qat tətbiq edə bilərlər.
Şəkil 3: Hazır qarışıq
Şəkil 4: Tez bərkiyən yapışdırıcı maddə və alətlər
Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri
1. Tozdan və yapışdırıcı maddənin tozundan qorumaq üçün maska və gözlüklərdən istifadə
edin.
2. Gips-karton alətlərini su şırnağı altında təmizləməyin.
3. Yapışdırıcı maddəyə əlinizlə toxunmayın.