Suvağın çəkilməsi
Əhəng məhlulu qum, su və əhəngdən ibarət olan məhluldur. Əhəng olaraq nəmli, qeyri-hidravlik əhəngdən istifadə edilir. (Həmçinin sönmüş əhəng, yüksək kalsiumlu əhəng və ya hava əhəngi kimi də tanınır). Qədimdə əhəng məhlulunun təcrübiliyini artırmaq üçün ona at tükü və pozzolan qatqılar (vulkanik küllə yumşaq xırda daşların qarışığı) əlavə edilirdi.
Ənənəvi nəmli, qeyri hidravlik əhəng yalnız karbonatlaşma sayəsində həll olur. Bu hadisə isə əhəng məhlulu nəm şəraitdə saxlandıqda və havadakı CO2 ilə reaksiyaya girdikdə yaranır. Amma su ilə çox yükləndiyi halda məhlul həll olmur. 1 qalın qat və ya 1 neçə qat əhəng suvağı çəkildikdə əhəng məhlulu həftələrlə yumşaq qalır.
Əhəng məhlulunun quruma vaxtını azaltmaq üçün hidravlik əhəngdən istifadə edilə bilər və ya pozzolan maddələrdən istifadə edərək əhəngi süni hidravlik əhəngə çevirmək olar. Qədim zamanlarda Romada əhəng məhlulunu vulkanik küllə qarışdırırdılar; müasir dövrdə isə onu uçan küllə (daş kömürün yandırılmasından alınan məhsul) qarışdırırlar. Qeyri hidravlik əhəng məhlulunun həll olma vaxtını sürətləndirmək üçün ona gips də əlavə edilə bilər.