İNŞAAT
Suvağın taxta karkas və ya nazik polad karkasa tətbiq edildiyi zaman sement əsaslı astar, yaxud buxar keçirici, rütubətə davamlı hava baryeri (adətən asfalt bitumu ilə hopdurulmuş kağız, yaxud “tikinti sarğısı” və ya “suvaq sarğısı” kimi tanınan geniş çeşiddə istehsal olunan plastik əsaslı lövhələr) tətbiq edilməklə karkas rütubətdən müdafiə olunur. Hava baryerinin xüsusiyyətləri yalnız karkası yağışdan və rütubətdən müdafiə etməklə məhdudlaşmamalı, həm də binanın daxilində əmələgələn istənilən su buxarının divar vasitəsilə sərbəst şəkildə xaric olmasına da imkan verməlidir.
• Suvaq toru
Tor mexaniki bağlayıcı vasitəsilə inşaat məhlulunu daşıyıcı konstruksiyaya bərkidən komponentlər sistemini təsvir edən termindir. Suvaq torunun başlıca funksiyaları suvaq membranı üçün perimetr boyu yerləşməni və daşıyıcı konstruksiya və suvaq məhlulu arasında qarşılıqlı bağlanmanı təmin etməkdir. Suvaq toru təzə suvaq məhlulunu qəbul edə və saxlaya, həmçinin ilk məhlulun tətbiqi üçün armaturlaşdırılmanı təmin edə bilməlidir. İdeal variantda tor və suvaq məhlulu ayrılmaz vahid formalaşdırmaq üçün birləşir. Bu birləşmə iki sistem arasındakı bağlayıcı materialın növü və effektivliyindən asılıdır.
Mexaniki bağlayıcı plastik vəziyyətdən bərkimiş vəziyyətə keçərək inşaat materialı xüsusiyyətlərini qazandığı proses nəticəsində əldə edilir. Tətbiqdən sonra plastik suvaq məhlulu torun üzərini tamamilə örtür və tora yapışır. Məhlul hidratlaşdıqca yavaş-yavaş bütün tor boyunca bərkiyir və son nəticədə daimi bağların formalaşmasına gətirib çıxarır. Yerləşdirilmiş tor ilə təmin edilən daxili dayaq əldə olunan suvaq membranının möhkəmliyinin artırılmasına xidmət edir.
Soffitlər (alt səthlər) istisna olmaqla, suvaq adətən suvaq tətbiqi üçün möhkəm əsası təmin edən hazırlanmış səth üzərinə tətbiq edilir. Möhkəm əsas adətən taxta döşəmə, yaxud daş və ya kərpic hörgüdən hazırlanır. Bəzi hallarda, yəni aşağı büdcəli inşaat işlərində suvaq möhkəm əsas olmadan karkas konstruksiya üzərinə tətbiq edilir. Bu, tövsiyə edilmir. Taxta qəlibin təmin etdiyi artan möhkəmlik suvaq membranına ötürülən ağırlığı minimum səviyyəyə endirməklə suvaq tətbiqinin müdafiə edilməsinə xidmət edir.
Suvaq torunun köhnəlmiş formaları
20-ci əsrin əvvəllərində taxta tordan, demək olar ki, hər yerdə istifadə edilirdi. Mişarlanmış taxta şistlərdən hazırlanmaqla quraşdırılması çox zaman alırdı; rütubət tərkibindən asılı olaraq genişlənir və ya yığılırdı; zaman keçdikcə korlanırdı. Taxta tor metaldan hazırlanmış tor komponentləri ilə əvəz edilmişdir. Onların taxta tora nisbətən üstünlüklərinə daxildir: yanmayan olması, asan tətbiqi, sabitliyi, uzunömürlülüyü, vahidlərinin eynitipli olması, əlçatanlığı və ümumilikdə yaxşılaşdırılmış nəticələr.
Erkən vaxtlarda istifadə edilən xırda lifli toxunma tor suvaq üçün zəruri konstruksiya bütövlüyünə malik deyildi və düzgün şəkildə quraşdırılması zaman alırdı.