İNŞAAT
Əhəng əsaslı suvaq xüsusi çətinlik çəkmədən əl ilə qırıla və ya doğrana bilən nisbətən bərk materialdır. Əhəng özü adətən ağ olur; rəng doldurucunun və ya hər hansı əlavə olunan piqmentlərin sayəsində yaranır. Əhəng suda zəif həllolma qabiliyyətinə malik olduğu üçün (məhlul halda bərkidiyi yerlərdə çatlayaraq çökə bilər) əhəng əsaslı suvağın özünübərpa xüsusiyyəti məhdud dərəcədədir. Portland sementi əsaslı suvaq çox bərk və kövrək olub, tətbiq edildiyi səth qeyri-sabit olarsa, asanlıqla çatlaya bilər. Adətən rəngi əksər Portland sementlərinin rənginin təsiri ilə boz olur, lakin ağ Portland sementindən də istifadə edilir. Günümüzdəki suvaq istehsalçıları son qatın tətbiqi üçün qarışdırılaraq kombinə edilə bilən çox geniş rəng çeşidləri təklif edirlər. Bəzən qurumazdan əvvəl son qata daş və şüşə qırıntıları kimi digər materiallar “səpələnir” və bu zaman son məhsul adətən “daş qırıntılı” suvaq, “çınqıllı” suvaq”, yaxud daşlar bilavasitə suvağa qatılarsa, əsasən 20-ci əsrin əvvəllərindən 21-ci əsrin əvvəllərinə qədər istifadə edilən “daş qırıntılı (çınqıllı)” dekorativ suvaq kimi tanınır.
Bir tikinti materialı kimi suvaq uzunömürlü, cəlbedici və hava şəraitinə davamlı divar örtüyüdür. Ənənəvi olaraq, bilavasitə iri daş hörgüsü, kərpic və ya daş səth üzərinə bir və ya iki nazik qat ilə tətbiq edilən həm daxili, həm də xarici divarlar üçün son məhsul kimi istifadə edilirdi. Son qatın tərkibində, adətən tam (vahid) rəng olurdu və görünüş üçün tekstura yaradılırdı. Sonra isə ağır taxta və yüngül taxta karkaslı tikinti metodlarının tətbiqi və inkişafı ilə suvaq, daşıyıcı konstruksiyalara (karkaslara) bənd edilən və aralarında yerləşərək onları birləşdirən armatur tor, yaxud şəbəkənin əlavə edilməsi və qatılığın və ümumi sistemin qatlarının sayının artırılması ilə bu yeni istifadə metodları üçün uyğunlaşdırıldı. Tor nəm suvaq üçün dayağı və kövrək qurumuş suvaq üçün möhkəmliyi təmin edirdi; sıxlığın və qatların sayının artması isə çatlamağa nəzarət etməyə kömək edirdi.
1) Ənənəvi suvaq
Suvaq və torun ənənəvi tətbiqi üç qat ilə yerinə yetirilir: ilk qat, ikinci qat və son qat. Suvağın iki alt qatı ya əl ilə, yaxud da püskürdücü maşın ilə tətbiq edilir. Son qat mala ilə hamar şəkildə çəkilə, əl ilə tekstura verilə, qumlu səth effekti əldə etmək üçün sürtülə və ya püskürdülə bilər. İlkin olaraq, tor materialı divara üfqi şəkildə quraşdırılan aralarında boşluqlar olan taxta millərdən ibarət idi, bu, quruyana qədər yaş suvaq üçün dayağı təmin edirdi. Bu tor və suvaq texnikası geniş istifadə edilməyə başladı. Xarici divar tətbiqlərində tor daşıyıcı konstruksiyanı məsaməli suvaqdan keçə bilən rütubətdən qoruyan hava şəraitinə davamlı asfalt bitumu ilə hopdurulmuş keçə (fetr) və ya kağız lövhə üzərində quraşdırılır.