Suvağın çəkilməsi
1) Müvafiq nisbətlər
Suvaq və ya mala doldurucular bağlayıcı vasitə və sudan hazırlanmış materialdır. Suvaq nəm halda çəkilir və bərkiyərək çox sıx və möhkəm vəziyyət əldə edir. Divar və tavanlar üçün dekorativ örtük, həmçinin memarlıqda heykəltəraşlıq və rəssamlıq materialı kimi istifadə edilir. Suvaq metal, beton, şlak-beton bloku, çiy kərpic, yaxud samanlı kərpic kimi vizual cəhətdən daha az cəlbedici görünən tikinti materiallarının üzlənməsi üçün istifadə edilə bilər. İngilis dilində “stucco”, adətən binanın xarici divarları, “plaster” isə daxili divarları və tavan üçün örtük mənasını ifadə edir; aşağıda təsvir edildiyi kimi, materialın özü çox vaxt az fərqlənir. Lakin xüsusilə italyan dili də daxil olmaqla, digər Avropa dillərində bu cür fərqləndirmə mövcud deyil; italyan dilində “stucco” “plaster” mənasını ifadə edir və hər ikisi üçün istifadə edilir. Bu, xüsusilə də, incəsənət tarixi və daha qədim mənbələrdə ingilis dilində interyer üçün dekorativ suvağı ifadə etmək üçün tez-tez “stucco” sözünün istifadə edilməsinə gətirib çıxarmışdır.
Daxili və xarici divarlar üçün suvaq və inşaat məhlulu terminləri arasındakı fərq tərkibdən daha çox istifadəyə əsaslanmışdır. 19-cu əsrin ikinci ayrısına qədər binanın daxilində istifadə edilən suvaq və binanın xaricində istifadə edilən suvaq, bir qayda olaraq, eyni əsas materiallardan ibarət olurdu: əhəng və qum (hansı ki, həm də inşaat məhlulunda istifadə edilir). Əlavə möhkəmliyin təmin