Suvağın çəkilməsi
6. Eyni şəkildə bütün tavanı bir qat suvayın.
Tavanın qabaq küncündən başlayaraq arxaya
doğru suvaqlayın, daha sonra tavanın sol
küncündən başlayaraq əvvəlki malalama istiqamətinə
perpendikulyar olaraq sağa doğru suvayın.
|
|
7. Tirin yan üzünü suvayın. Tir tavana birləşir
və səthinin sahəsi tavana nisbətdə kiçik olur.
Buna görə də tirin suvaqlanması çətindir. Eyni
şəkildə kvadrat mala ilə tirin yan üzünü suvaqlayın.
Tiri qabaq ucundan başlayaraq arxa istiqamətə
mala ilə suvayın.
|
|
8. Tirin alt hissəsini suvayın. Eyni şəkildə tirin
sonundakı küncündən başlayaraq arxa istiqamətdə
malalamaqla tirin alt hissəsini suvayın.
|