İNŞAAT
2. Lentdən istifadə edərək aralıqların doldurulması
Ən davamlı üsul olmasına baxmayaraq, ev şəraitində tətbiqi də ən çətin üsuldur. Rast gəlinən əsas çətinliklər boyadan sonra qabarcıqların, birləşmə yerində lentin görünməsi və lentin gizlədilməsi üçün əlavə dolğu tələb etməsidir.
Lentin altında qabarcıqların yaranmasının səbəbi lentin altına astar qatın çəkilməməsi və ya astar qatın ardıcıl tətbiq edilməməsi və lent yapışdırılmadan öncə hissələr şəkildə qurumasıdır. Bunun qarşını almaq üçün qarışığınız bir az “nəm” (axıcı deyil) olmalıdır. Gips-karton aralığını astar qatla doldurun və lenti tətbiq etmədən öncə quru ləkələrin olmadığından əmin olun. 5 və ya 6 düymlük bıçaqdan istifadə edərək lenti gips-karton lövhənin aralığına bərkidin.
Lentin görünməsinin qarşısını almaq üçün ilk öncə gips-kartonda qabarıqların olmadığından əmin olun. Qabarıqlar olduqda, onları bıçaqla kəsin. Qabarığı kəsdikdən sonra böyük boşluq yaranarsa, lenti tətbiq etmədən öncə onu əvvəlki səviyyəyə doldurun. Lenti aralığa möhkəm və bərabər səviyyədə yerləşdirin, lentin altındakı astar qatın üstə sıçraması üçün lenti möhkəmcə sıxın. Sıçrayan qarışığı lentin üzərində istifadə edin. Lentin arxa hissəsinin gipslə “islanması” önəmlidir. Öyrəşənə kimi kiçik hissələrdən başlayın. Lent yerinə oturduqdan sonra mərkəzdən başlayaraq uclara doğru sonuncu qatı tətbiq edin. Yekunda gips-karton aralığını başından-sonuna malalayaraq yerdə qalan artıqları hamarlaşdırın. İkinci qatı tətbiq etmədən öncə astar qatdan sonra aralığı hamarlamağı unutmayın.