İNŞAAT
3) Sement əsaslı suvaq
Sement əsaslı suvaq uyğun suvaq, qum, Portland sementi və suyun qarışığı olub, adətən daş və kərpicdən hörülmüş daxili və xarici divarlara hamar səth əldə etmək üçün tətbiq edilir. Daxili səthlərə bəzən son qat kimi gips əsaslı suvaq çəkilir. Adi kərpic ilə hörülmüş divarlara adətən suvaq vurulur, miniatürlü (üzlük) kərpiclərə isə vurulmur. Müxtəlif sement əsaslı suvaqlar patentlənmiş püskürdülən yanğından müdafiə məhsulları kimi istifadə edilir. Bu məhsullarda adətən yüngül doldurucu kimi vermikulitdən istifadə edilir. Bu suvaqların ağır versiyaları xarici fasadların yanğından müdafiəsi, maye qaz borularının, boru çənbərlərinin müdafiəsi üçün də istifadə edilir.
Sement əsaslı suvaq ilk dəfə təxminən 1909-cu ildə Amerikada tətbiq edilmiş və həmin dövrün məşhur istehsalçısının şərəfinə “adamant suvaq” adlanırdı. Həmin dövrdə sement əsaslı suvağın qeyd edilən üstünlükləri onun möhkəmliyi, bərkliyi, tez bərkimə müddəti və uzunömürlülüyü idi.
4) İstiyə davamlı suvaq
İstiyədavamlı suvaq divarların və tüstü bacalarının çıxıntılarının üzlənməsi üçün istifadə edilən