Suvağın çəkilməsi
2) Əhəng əsaslı suvaq
Əhəng əsaslı suvaq kalsium-hidroksid və qumun (və ya digər təsirsiz doldurucuların) qarışığıdır. Atmosferdəki karbon-dioksid kalsium-hidroksidin kalsium-karbonata (əhəngdaşı) çevirərək gipsin bərkiməsinə səbəb olur. Ağ əhəng eyni kimyəvi reaksiyaya əsaslanır.
Əhəng əsaslı suvağın hazırlanması üçün əhəng daşı (kalsium-karbonat) söndürülməmiş əhəngin (kirəc) (kalsium-oksid) alınması üçün təxminən 850 °C-dən yuxarı temperaturda qızdırılır. Sonra söndürülmüş əhəng (kalsium-hidroksid) alınması üçün su əlavə edilir və nəm zamaska və ya ağ toz formasında satılır. İstifadədən qabaq qarışığı hazırlamaq üçün su əlavə edilir. Qarışıq hava keçirməyən qablarda saxlanıla bilər. Atmosfer havasına məruz qaldıqda kalsium-hidroksid atmosferdəki karbon-dioksid ilə reaksiyaya girərək yenidən kalsium-karbonata çevrilir və gipsin bərkliyinin artmasına səbəb olur.
Tor və suvaq prosesi ilə tətbiq edilən əhəng əsaslı suvaq divar üçün geniş yayılan inşaat materialı olmuşdur, bu proses ilə tətbiqdə faxverk konstruksiyası üzərindəki çoxlu sayda taxta millər bərkiyərək səth əmələ gətirən yarımquru suvaq ilə örtülürdü. Əksər tor və suvaq inşaatında istifadə edilən suvaq, əsasən, quruma müddəti təxminən bir ay olan əhəng əsaslı suvaq idi. Bərkimə müddəti ərzində əhəng əsaslı suvağın möhkəmliyini artırmaq üçün qarışığa kiçik miqdarda Paris suvağı qatılırdı. Paris suvağı tez bərkidiyinə görə işçilərin böyük miqdarda əhəng zamaskası suvağını qarışdıra bilmələri üçün, bərkimə müddətini kifayət qədər yavaşıtmaq məqsədilə retardantlardan istifadə edilirdi. Bu metodun müasir formasında taxta və ya metal konstruksiyaların üzərinə quraşdırılan dartılmış metal tordan istifadə edilir ki, bu da həm sadə, həm də mürəkkəb əyrilərə uyğunlaşdırıla bilən olduğu üçün dizaynın sərbəstliyinə imkan verir. Bu gün bu inşaat metodu qismən gips-karton ilə əvəz edilmiş, həmçinin, əsasən, gips əsaslı suvaqdan ibarətdir. Bu metodların hər ikisində materialın ilk üstünlüyü ondan ibarətdir ki, otaq daxilində odadavamlıdır və beləliklə də, alovun düzgün qaydada söndürülməsi şərti ilə daşıyıcı konstruksiyaların zədələnməsi və ya məhv olmasının azalması, yaxud aradan qaldırılmasına kömək edə bilər.
Əhəng məhlulu fresko rəssamlığında istifadə edilir, su ilə qarşdırılmış piqmentlər nəm gipsin üzərinə tətbiq edilir.
ABŞ və İran dünyadakı əsas suvaq istehsalçılarıdır.