İNŞAAT
Divarın suvanması prosesi divarın boyanması prosesinə bənzəyir. Yapışqanlıqdan əmin olmaq üçün suvanacaq səth su ilə sulanıb təmizlənir və xırda hissəciklərdən arındırılır. Köhnə boya və ya köhnə suvaq qaşınıb tökülür. Yapışqanlığını artırmaq üçün səth kobudlaşdırılır. Böyük ərazilər üçün divarda hər 1-1,5 metrdən bir şaquli sütunlar qoyulur ki, suvağın düz və bərabər ölçüdə olması təmin edilsin.
2. Suvaq məhlulunun qarışdırılma nisbətiSuvaq üçün ən yaxşı qarışıq 1 hissə əhəng məhlulu, 1 hissə sement və 6 hissə yaxşı qumdur ( 1:1:6). Qatqının düz hazırlandığından əmin olmaq üçün qatqı materialları kürəklə deyil, vedrə ilə ölçmək məsləhətlidir. Bu, qatqının dəqiq hazırlanmasına zəmin yaradacaq.
Qatqıya az miqdarlarla su qatılmalıdır və məhlul malanın üzərində qatı duracaq hala gələnə qədər su əlavə edilməlidir. Suvanacaq hissə sərt fırça ilə təmizlənməlidir. Sonra isə səth su ilə yuyulmalıdır ki, təmizlikdən əmin olasınız və səth suvaq məhlulunun içərisindəki suyu öz içinə çəkməsin.