Suvağın çəkilməsi
Suvağın vurulması qum və sement qarışığının sement, palçıq, daş və digər növ divarlara suvanmasıdır. Belə səth, əsasən, iş bitdikdən sonra hamarlanır, rənglənir və boyalanır. Bu, əsasən, fasad divarlarının suvanmasında istifadə edilir, amma daxili divarlara da tətbiq etmək olar.
Tələb edilən ‘görünüş’dən asılı olaraq, suvanma yaxşı və ya nahamar, cilalanmış və ya hamarlanmış, təbii və ya rənglənmiş, piqmentli və ya boyanmış ola bilər.
Kərpic, beton və palçıq kərpicindən hazırlanmış evlərin görünüşünü yaxşılaşdırmaqdan ötrü (bəzən də hava şəraitinə davamlılığı artırmaq üçün) sement məhlulu ilə fasad divarları əsrlərdir ki, suvanır. Bu Cənubi Avropanın hər bir yerində müxtəlif formalarda özünü göstərir. Müxtəlif ölkələrin özlərinin özünəməxsus stillərini və ənənəvi rənglərini burda görmək olar.
1) Üzlük suvaqlar
Malalar, süngərlər və ya fırçalar kimi, müxtəlif alətlərdən istifadə edərək fərqli üzlük suvaqlar hazırlamaq olar. Ənənəvi suvaqdakı bədiiliyi üzlük suvaq qatının görünüşündə (düzgün qarışımı almaqdan başqa) görmək olar. Müxtəlif ustaların özlərinin fərqli üzlük suvaq üslubları var və onlar divarda müxtəlif növ dekorativ işlər görə bilirlər. Bu xüsusi suvaq effektlərinin bəzilərini divarın nazik üzlük qatı və ya üzlük suvaqla yaratmaq olar.
2) Ənənəvi suvaq
Sement qarışığı 6 hissə təmizlənmiş yaxşı qumdan, 1 hissə sementdən və 1 hissə əhəng