İNŞAAT
Suvaq taxtası qatı materialı müvəqqəti olaraq saxlamaq üçün alətdir. İstifadəçi bu alətin köməyi ilə qatı materialı davamlı olaraq, rahat və asan şəkildə götürərək suvaq işini görür. Bu qatı material divarın səthinə vurmaq üçün istifadə edilir. Suvaq taxtası arxa hissəsinin mərkəzinə perpendikulyar bərkidilmiş dəmir əl tutacağı və təqribi 25 sm-dən (9 inç) ibarət olan dördbucaqlı lövhədən ibarətdir. İstifadəçi işlək olmayan əli ilə suvaq taxtasını üfüqi şəkildə saxlayır və işlək olan əli ilə lazımi alətin köməyi ilə suvaq taxtasının üzərindəki materialı divara çəkir.
Suvaqçılar suvağı divara rahat vurmaq üçün suvaq taxtasını düzbucaqlı mala ilə birlikdə işlədirlər. Kərpiclə işləyən işçilər suvaq taxtasını qatqını saxlamaq üçün istifadə edirlər. Suvaq taxtasından gips əsaslı qatqılarla hamarlama işlərinin görülməsində qarışığı saxlamaq üçün də istifadə olunur.