Taxta çərçivə strukturun inşası
tipli görünüşünə görə xarakterizə edilir. Saraylar və məbədlər kimi böyük tikililər də taxta çərçivə
quruluşuna malikdirlər, amma Qərb tipli böyük tikililər, əsasən, daş və digər materiallar ilə tikilir.
Yuxarıda şəkil 4-də göstərildiyi kimi, taxta evin strukturu yay vaxtı güclü yağışlardan sonra subasmadan
qorumaq üçün yüksək daş özüllərdən qoyulur. Otaqların qabağında oturmaq üçün yerlər var.
Ağ gipslə örtülmüş divar və qara kirəmitli damları olan evlərin çox sadə və gözəl görünüşü var.
Yuxarıda şəkil 5-də Koreya tipli taxta çərçivəli strukturun tərəfləri və adları göstərilmişdir.
Mötərizə formalı nadir görünüşə malikdir və quş lələklərinə oxşar xarici görünüşü var. Bu adi insanların
evləri kimi deyil, daha çox kiçik məbədə bənzəyən evdir. Koreya dam kirəmitləri erkək və dişi
dam kirəmitindən ibarətdir, adətən rəngi qaradır, bəzən də mavi və qırmızı olur.