İNŞAAT
Dirəkləri qəliblərə yerləşdirməzdən əvvəl bütün qəliblər yağlanmalıdır. Bu zaman yağların dəmir dirəklərin üzərinə düşməməsinə xüsusi diqqət yetirilməlidir, çünki bu, dirəklər və beton arasındakı kipliyi azaldır. Toz, qırıntı, yağ, palçıq və ya digər maddələri dirəklərin üzərindən kobud parça ilə təmizləyin.
Hansı hissəyə uyğun gəldiklərini göstərmək üçün armatur dirəklər işarələnir. Dirəklərin
işarələnməsi üçün ən çox istifadə olunan iki üsuldan birini istifadə edə ə bilərsiniz; bununla belə
istifadə etdiyiniz üsul texniki-mühəndislik və yaxud yığma çeryojlarda istifadə olunan üsullara
uyğun gəlməlidirdır. İşarələmə üsullarının hər ikisi aşağıda təqdim edilib:
Dəmir armaturların bağlanmasında müxtəlif növ bağlardan istifadə oluna bilər; bəziləri
digərlərindən daha çox səmərəlidir. 3 saylı cədvəldə fərdi bağlama üsullarını göstərmək
məqsədilə bağların altı növü göstərilmişdir.
1) Sadə bağlama: Məftil sadəcə hər iki ucu yuxarıda olmaqla, diaqonal formada iki çarpaz dirək ətrafında bağlanır. Məftillər kəlbətinlə dirəklərə tam sıxılana qədər burulur. Daha sonra məftillərin kənarda qalan ucları kəsilir. Bu cür bağlama beton döşəmə qatında istifadə edilir.
2) Divar bağlama: Bu cür bağlama məftili şaquli armatur ətrafında 1 ½ dəfə sarımaqla, daha sonra məftili kəsmədən armatur dirəklər arasında diaqonal toxunma ilə sarımaqla və sonda artıq hissələri kəsməklə icra edilir. İki telli bağlama: Bu cür bağlama sadə bağlamanın bir qədər dəyişdirilmiş formasıdır və əsasən, ağır işlər üçün istifadə olunur.
3) Yəhər formasında bağlama: Məftillər çarpaz dirəyin hər iki yanında yarım halqavari keçirməklə bağlanır, çarpaz dirək ətrafında kvadrat və ya diaqonal şəklində bir araya gətirməklə burulur və ucları kəsilir. Bu cür bağlama divar kimi xüsusi yerlərdə istifadə olunur.
4) Yəhər formasında burulmalı bağlama: Bu cür bağlama yəhər formalı bağlamanın digər formasıdır. Bu zaman bağlamaq üçün istifadə olunan məftillər dirəklərdən birinin ətrafında, bundan sonra isə digəri ətrafında kvadrat formada və yarıya qədər çarpaz dirəklərin hər biri ətrafında fırladılır və kvadrat və ya diaqonal formasında burulur. Yəhər formasında burulmalı bağlama kranla qaldırılmalı olan ağır yüklər üçün istifadə olunur.
5) Çarpaz və ya 8 rəqəmi şəklində bağlama: Bu növ bağlamanın üstünlüyü ondan ibarətdir ki, dirəklərdə çox kiçik burulma olur (və ya heç olmur).