İNŞAAT
Yuxarıda göstərilmiş Qərb taxta dam çərçivələri Avropa və Şimali Amerika kimi regionlarda çox geniş yayılmışdır. Amma Koreya tipli taxta dam çərçivə ilə şəkil 6-da olduğu kimi, təxminən eynidir. Bu çərçivələrin ən önəmli fərqi tərəflər arasında qaranquş quyruğu birləşmlərdir.
Taxta dam çərçivədə birləşmələr və sütunlar arasındakı birləşdiriclər də qaranquş quyruğu formalı birləşdiricilərdir. Bildiyimiz kimi, qaranquş quyruğu formalı birləşmənin ən önəmli üstünlüyü onun bərkliyi və möhkəmliyidir. Nisbətən yüksək ballı zəlzələ və küləkdən qorunmaq üçün üfüqi formada olan konstruksiya kifayət qədər güclü olur. Amma bunun çatışmazlıqlarından biri qaranquş quyruğu formasını hazırlamağın vaxt aparmasıdır. Çünki bu birləşmə düzəldilən zaman qaranquş quyruğu kəsilir və yalnız qol gücündən istifadə etməklə yuvalar açılır. Bu zaman elektrik gücündən istifadə edilmir.