Dəmir-beton konstruksiyanın qurulması
4) Dəmir dirəyi kəsin. Dirəklər dəmir qollu mişarla daha asan kəsilə bilər. Onları kəsmək üçün
siz, həmçinin elektrik mişardan, portativ lövhəli mişardan və ya “yumşaq poladın” kəsilməsi üçün
əlverişli olan kəsici ilə təmin olunan bülövçüdən istifadə edə bilərsiniz. Dirəklər kəsilən zaman
fırlanmağa meyl edir, buna görə də kəsərkən dirəklərin üzərinə çıxıb onları möhkəm tutmaq lazımdır.
Kəsilmiş dirəklər hər zaman isti və iti olur. Buna görə də əlcəklərdən istifadə edin və ehtiyat
tədbirlərinə əməl edin.
5) ½ düym və ya daha kiçik ölçüdə olan dirəklərin əyilməsi. İndi uzununa kəsilmiş hissələri
əymək vaxtıdır. Dirəkləri rıçaq mexanizmi ilə əymək lazımdır. Dirəyi yerə qoyun. Daxili diametri
böyük olan uzun metal borudan istifadə etməklə, əyməyə başlamaq istədiyiniz yerdən təqribən 6
düym məsafə qoymaqla dirəyi yerləşdirin. Ayağınızı əymək istədiyiniz yerdən 6-12 düym (15.2
– 30.5 sm) geriyə qoyun. Ayağınızla möhkəm saxlayaraq istədiyiniz bucağa əyilənə qədər dirəyi
yerdən qaldırın. Dirəyi tam dəqiqliklə əymək istəyirsinizsə, həmin hissəni az-az əymək lazımdır.
6) Başqa üsullar və alətlər. Avadanlıq və alət satılan bir çox mağazalarda sadə mexaniki dirək əyicilərini
icarəyə götürə bilərsiniz. Çoxlu kəsmə işləri üçün metal kəsici mişardan istifadə ən effektiv
yol hesab olunur.
Şəkil 1: Bıçqı ilə dirəyin kəsilməsi
Şəkil 2: Mexaniki dirək əyənlə dirəyin əyilməsi