Taxta çərçivə strukturun inşası
• Əyri kənarlı iskənə: əyri kənarları ilə iti bucaqlarda istifadə edilə bilir.
• Çərçivələmə üçün iskənə: adətən toxmaqla istifadə edilir; enli başlıqlı iskənəyə oxşayır, amma bunun daha uzun, daha elastik ülgücləri var.
• Düz formalı iskənə: əllə təzyiq edilməklə istifadə edilən iskənə, heç bir halda vurulmamlıdır.
• Yuva açmaq üçün istifadə edilən iskənə: yuvaları və oxşar birləşmələri düzəltmək üçün kəsmə kənarı və dərin, azca kəskin kənarları olan qalın, sərt ülgüc.
• Qaranquş quyruğu formalı iskənə: Qaranquş quyruğu formalı birləşməni hazırlamaq üçün xüsusi olaraq istifadə edilir. Əsas fərq iskənənin gövdəsi ilə bərabər kənarların bucaq dərəcəsidir və bu da birləşmələrə daha rahat şəkildə çatmasına imkan verir.