Taxta çərçivə strukturun inşası
Əl rəndəsi materialın səthində kəsici ülgücləri qol gücü hesabına hərəkət etdirərək taxtanı müxtəlif formalara salan əl alətidir. Eyni formalı daha böyük həcmli işləri görmək üçün bəzi əl rəndələri mühərriklə təchiz edilmişdir, amma bu tərz rəndələr taxta üzərində xüsusi növ miniatürlər işləmək üçün yararlı deyil. Ümumilikdə bütün növ rəndələr taxta-şalbanın sərt səthini düzləşdirmək və qalınlığını azaltmaq üçün istifadə edilir. Rəndələmə adətən forma vermək üçün kifayət qədər böyük olan taxta materiallarda üfüqi, şaquli və ya düzləşdirmə aparmaq üçün istifadə edilir. Bu növ işlərdə bütöv material eyni hamarlıq əldə edilənə qədər iş davam etdirilir. Xüsusi növ rəndələr birləşmələri kəsmək və ya dekorativ qəlibləmə üçün hazırlanmışdır.
Əl rəndələri möhkəm gövdəyə bərkidilmiş iti metal hissəyə oxşar kəsici qıraqlardan hazırlanmışdır. Rəndə taxta səthin üstündə hərəkət etdikdə təxminən eyni formalı ölçülər çıxır və kəsmə kənarına nisbətən sabit bucaq verərək rəndələnən səthi çox düz hala gətirir. Rəndənin alt tərəfinin və daban hissənin altında uzanan kəsici taxtanın uzantılarını kəsir. Rəndənin düz və böyük alt hissəsi kəsici hissəni nahamar səthin ən üst hissəsini kəsmək üçün hərəkət etdirir. Bir neçə kəsimdən sonra səth düz və hamar olur. Düzləşdirmə üçün istifadə edildikdə daha uzun alt hissəyə malik dəzgah rəndələrinə üstünlük verilir. Daha uzun altlıq dəzgahın üzünün və ya qıraq səthin daha böyük hissəsinə qarşı davamlı olaraq düz səthə və ya düz kənara yol açır. Əksinə kiçik rəndələrdən istifadə etmək daha az yerləşdirilmiş aşağı və ya yüksək nöqtələrin qalmasına şərait yaradır.
Amma əksər rəndələr taxtanın üstündə bir və ya iki əllə tutularaq itələnib hərəkət etdirilir. Yapon rəndələri taxta boyu dartılaraq istifadə edilir.