Taxta çərçivə strukturun inşası
(1) İşarələmə göstəricisi
İşarələmə aləti taxta işində və metal konstruksiya işlərində və digər əməliyyatlarda xətlərə işarə qoymaq üçün istifadə edilir. İşarələmənin məqsədi səthə və ya hər hansı nöqtəyə paralel xətt çəkməkdir. İşarələmə doğrama və kəsmə əməliyyatlarında istifadə edilir. İşarələmə aləti, əsasən, qələm, bıçaq və ya çarxa oxşar olan çubuq, başlıq və işarələmə vasitəsindən ibarətdir. Başlıq çubuq boyu hərəkət edir və müxtəlif yollarla kilidlənir: kilidləmə vinti, sıxıcı vint və ya digər sıxıcı növlərdən biri. İşarələmə cihazı çubuğun bir ucunda sabitlənir.
Xətkeş metr (90 dərəcə)
Xətkeş metr taxtanın hissəsini ölçmək və işarələmək üçün istifadə edilən taxta işləri və ya metal işləri görən alətdir. Xətkeş metrin ilkin istifadə qaydası düz bucağın (90 dərəcə) dəqiqliyini ölçməkdir;
Taxtanın bir üzünün düzlüyünün yoxlanması onun birləşdiyi səthə düzgünlüyü və ya uyğunluğunun yoxlanılması deməkdir. Dördbucaq, düz və bütün küncləri 90 dərəcə olan taxta parçasıdır. Lövhə əksər hallarda mebel hazırlamaq üçün dörd kvadrat hissəyə bölünür. Ənənəvi xətkeş metr poladdan hazırlanmış geniş ülgücə sahibdir və taxtadan hazırlanmış sapı var. Taxta sapın içində aşınmanı azaltmaq üçün adətən misdən düzəldilmiş lent var. Bəzi ülgüclərin ölçmə işlərini də həyata keçirə bilmə xüsusiyyəti var. Müasir xətkeş metrlər tamamilə metaldan hazırlanmışdır.
2. Qaranquş quyruğu formalı birləşdiriciQaranquş quyruğu formalı birləşdirici və ya sadəcə qaranquş quyruğu dülgərlikdə ən geniş istifadə edilən metoddur. Bu metoddan mebel hazırlanmasında, karkas konstruksiyaların yığılmasında, taxtadan binaların tikintisində və ənənəvi taxta çərçivələmədə istifadə edilir. Asanlıqla ayrılmadığına görə qaranquş quyruğu formalı birləşdirici əksər hallarda siyirmənin yan tərəflərini birləşdirmək üçün istifadə edilir. Sancaq və quyruqlar trapesiya formadadır. Yapışqan ilə bir dəfə yapışdırıldıqda qaranquş quyruğu formalı birləşməni mexaniki bərkitməyə ehtiyacı olmur. Qaranquş quyruğu formalı birləşdiricinin tarixi çox qədimlərə gedir. Ən erkən bilinən qaranquş quyruğu formalı birləşdiricilərə qədim Misir fironlarının mumiyalarının saxlandığı məbədlərdəki mebellərdə rast gəlinir. Bu nümunələrə Çin imperatorlarının abidələrində də rast gəlinir.
(1) Qaranquş quyruğu formalı birləşdiricinin tam forması
Səhifənin yuxarısındakı şəkil qaranquş quyruğu formalı birləşdiricini tam göstərir. Burada birləşdirici quraşdırıldıqda hər lövhənin sonu görünür. Tam qaranquş quyruğu formalı birləşdirici karkas və qutu konstruksiyalarda istifadə edilir. Ənənəvi olaraq qaranquş quyruğu formalı birləşdirici fanerlə örtülmüş olur. Amma qaranquş formalı birləşdirici ustalıq nişanı olub və ümumilikdə xüsusiyyət olaraq düşünülmüşdür, belə ki, onlar müasir işlərdə nadir hallarda işlənməmişdir. Siyirmə hazırlanmasında qaranquş quyruğu formalı birləşdiricinin müxtəlif formalarından istifadə edilir.
(2) Yarı kor qaranquş quyruğu formalı birləşdirici
Usta düzəltdiyi əşyanın qıraqlarının görünməməsini istəyəndə yarı kor qaranquş quyruğu formalı birləşdiricidən istifadə edir. Quyruqlar lövhənin sonundakı yuvalara yerləşdirilir, belə ki, qıraqlar görünmür. Yarı kor qaranquş quyruğu formalı birləşdirici, əsasən, siyirmənin qıraqlarının önünə doğru bərkidildikdə istifadə edilir. Bu yarı kor qaranquş quyruğu formalı birləşdiricidən istifadə edilərək düzəldilən siyirmələrə taxma önlüklərin taxılması tətbiqinə bir alternativdir.