Taxta çərçivə strukturun inşası
etməklə şaquli dəstək dirəklərinin tətbiq edildiyi daxili məkandan həddən çox istifadə etmədən daha
artıq ağırlığa dözə biləcək binanı tədricən quraşdıra bilir. Bu tikmə metodu dünyanın müxtəlif
yerlərində minilliklər boyu istifadə edildiyindən tarixi çərçivələmənin əksər növləri inkişaf edib.
Bu növlər bünövrə, divar və dirəklərin necə və harada kəsişməsinə görə, əyri taxtaların istifadəsi
və tavan formalarına görə tez-tez kateqoriyalara bölünür. İngilis dilli ölkələrdə şalban çərçivəli 3
əsas ev modeli var: Qutu çərçivə, əyməli çərçivə və keçidli çərçivə.
3. Əl alətləri və çalışma dəzgahı
Alətlər qutusunun aşağısında əl rəndəsi və qutu rəndə, qutunun açma qapısında iki ədəd ikiqulplu
mişar, təkqulplu mişar və metr tərəzi olur. Yuxarı qutuda çəkic, əl aləti, müxtəlif kəsicilər və
iskənə var.
Bu alətlərə əlavə olaraq ağac işlərində istifadə edilən rəndənin müxtəlif formaları, kəsmə aləti,
iskənə, toxmaq və s. kimi müxtəlif əl alətləri var.
Şərq ağac işləmə əl alətləri forma və istifadəsinə görə Qərb alətlərindən fərqlidir. Məsələn,
dülgərlərin rəndələrdən və mişarlardan istifadəsi zamanı alətləri işləmə istiqaməti bir-biri ilə tam
əksdir. Qərblilər alətləri itələyir, amma şərqlilər dartırlar.
Şəkil 4: Ağac işləmə əl alətləri dəsti
Şəkil 5: Şərq dülgərlik alətləri