Kafel plitələrin səthə döşənməsi
2) Bəzi naxışlar təkrarlandığına görə, ümumi görünüşü dəyişmək üçün kafellərin oriyentasiyasını dəyişməyi unutmayın. Siz bir baxışda eyni naxışı bir neçə yerdə görmək istəməzsiniz.
3) Preslənmiş kənarlı kafellərdənsə, düzləşdirilmiş kənarlı kafellərə üstünlük verin. Sərt kənarlı kafellərlə daha sıx dolğu xətləri ala bilərsiniz.
4) Taxta görünüşlü kafellər müxtəlif növlərdə olur – keramik, çini və beton. Çini kafellər ən yaxşı seçim sayılır bu növlərin arasında. Bunlar dözümlüdür, həm də baha deyillər.
5) Dolğunun rəngini seçərkən, kafellərin arasından ən tünd rəngdə olanını seçin və ondan 1 ton daha tündrəngli dolğunu alın. Dolğu kafellərin arasına doldurulandan sonra, bu insanların gözünə kafellərin ətrafındakı kölgə yansıması verir. Bu fənd ən çox, düzləşdirilmiş kənarlı kafellərdən istifadə edərkən və çox nazik kafel araları yaradarkən işə yarayır. Artıq mağazlarda dolğunun hər tonu tapıldığına görə, sizə ən uyğun dolğunu tapmaq çox asandır.
6) Ümumilikdə taxta görünüşlü kafellərin uzunluğu ən azı 40″ olmalıdır, amma 48″ və ya daha uzun kafellər ən idealıdır. Daha qısa kafellərlə naxışları tutuşdurmaq və əsl taxta görünümün yaratmaq bir az çətindir.
7) Əgər sizin çox xoşladığınız kafelin uzunluğu 24 və ya 30″ dursa, o zaman çalışın ziq-zaq naxışından istifadə edəsiniz. Nisbətlər o zaman düzgün olacaq.
8) Bəzən insanlar fikirləşir ki, taxta görünüşlü kafellərlə həndəsi naxışlar yaratmaq yaxşı ideyadır, amma yaddan çıxarmayın ki bu döşəmənin taxtadan olmadığını büruzə edəcəkdir. Kafelləri ən təsadüfi sıra ilə düzmək göz yanılsımasına səbəb olacaq.
1. Hamam otağının uzunluğunu ölçün. Uzunluq
ölçən alətlə otağın enini və uzunluğunu
ölçün.
|