İNŞAAT
11. Son küncün kafelini yerləşdirməyə davam
edin. Divarla qonşu kafel arasındakı məsafəni
ölçdükdən sonra künclərin kafellərini ölçülərə
uyğun kəsin, və yapışdırın. Döşəməni dolğulayın
və sonra süngərlə təmizləyin. Ən sonda isə
alətlərinizi səliqəyə salın və iş yerini təmizləyin.
|
Qiymәtlәndirmә standart meyarları
|
Bәli
|
Xeyr
|
T/E
|
Tələbə bu modulun tapşırıqlarını yerinə yetirərkən:
1. Yan yana olan divarların mərkəzini və otağın mərkəz nöqtəsini təyin edə bildi? 2. Divarların mərkəz nöqtələri arasındakı xətti çəkə bildi? 3. Birinci keramik kafeli mərkəz xəttinin üzərinə düzgün şəkildə qoya bildi? 4. Birinci kafel cərgəsini diaqonal şəkildə apara bildi? 5. Aralayıcıları əlavə etməklə künclərdən başqa bütün bütöv ölçülü kafelləri yapışdıra bildi? 6. Divarla kəsişmədə olan boş yerlər üçün kafelləri kəsib yapışdıra bildi? 7. Aralayıcıları götürdükdən sonra yeri dolğulaya bildi? 8. Artıq dolğu məhlulunu süngərlə təmizləyə bildi? 9. Alətlərini səliqəyə salıb iş yerini təmizlədi? |