Kafel plitələrin səthə döşənməsi
Diaqonal yapışdırılan kafellər otağın düzbucaqlı quruluşu ilə gözəl təzad yaradırlar. Çini kafellər möhkəm və dayanıqlıdırlar. Onlar daha çox gəliş gediş olan yerlərdə istifadə edilir. Onların sıxlığı və şüşəvari olması onların daha çox rütubətli olan hamam otağı və zirzəmilərdə işlədilməsinə şərait yaradır. Kafellərin diaqonal şəkildə yapışdırlması onların divarla 45 dərəcəli bucaq altında kəsişməsinə səbəb olur. Bu sxemin uğurlu olması ilkin hazırlıqdan asılıdır və bu, daha çox kafelin kəsilib itkiyə getməsinə səbəb olur. Amma, sxemin effekti özünü vizual gözəllikdə göstərir.
1) Mərkəzi nöqtəni tapın
Kafel işlərinə mərkəzdən başlayın və divarlara doğru gedin. Bu texnika sayəsində kafellər arasındakı diaqonal xətlər paralel gedəcək və simmetriklik artacaq. Otağın eni və uzunluğunu ölçüb 2-yə bölməklə otağın mərkəzini tapın. Yan-yana olan divarlardan bayaq tapdığınız ölçülərdən istifadə edərək kəsişmə nöqtəsini tapın. Daha sonra bu enlik və uzunluq xətlərini və mərkəz nöqtəsini təbaşirlə çəkin.
2) Sxemin texnikası
Tabaşir xətlər otağı 4 dördbucaqlıya bölür. Sizin çəkdiyiniz orijinal tabaşir xətlərinin 45 dərəcə bucaqlı Diaqonal xətlərlə birləşdirən mükəmməl kvadrat çəkin. Artıq tabaşirlə işarələdiyiniz yerdə 4 eyni ölçülü kvadrat olmalıdır və onların hər birinin bir küncü mərkəzi kəsişmə nöqtəsinə söykənir. İndi siz hər bir kvadratın Diaqonalının mərkəzindən qarşı tərəfdəki küncə xətt çəkin. Siz yerdə böyük bir X hərfi görəcəksiniz. X hərfinin mərkəzi sizin otağın mərkəzidir.
3) Planlama
Yapışdırıcı qoymadan kafelləri yerə düzün. Bu proses dry fit adlanır və bu planlamanın ən sadə yoludur. Siz bunun köməkliyi ilə kafelləri istədiyiniz kimi düzə bilərsiniz. İlk qoyduğunuz kafellərin kənarları çəkdiyiniz tabaşir xətlərlə üst üstə düşməlidir. Təxmin etdiyiniz dolğu aralıqlarına aralayıcı yerləşdirin və yeri yapışqanlamaışdan qabaq sxemə baxın. Çalışın ki maksimum çox kafel düzəsiniz ki, kəsəcəyiniz kafel sayını təxmini də olsa biləsiniz.