İNŞAAT
4) Diaqonal xətlər boyu kafelləri aralarında aralayıcı olmaqla düzün. Kafellərin perimetrinə uyğun olaraq kafelləri sürüşdürün. Estetik görünüş üçün, otağın hər bir qırağında kafelin yarısı ölçüsündə kafelin olmasına nail olmağa çalışın.
5) Bir neçə kafeli götürün və həmin yerə yapışdırıcı məhlulu əlavə edin və çalışın ki yapışdırıcı məhlulun qalınlığı hər yerdə eyni olsun. Çıxıntılı hissəni dırmıqlayıb, iz salın. Çalışın ki nazik hissə yapışqan olana qədər qurusun. Toxunduqda o sizin barmağınıza yapışmamalıdır.
6) İlk kafeli yerinə yapışdırın və düzgün qoyulmasından əmin olun. Astaca kafeli döşəməyə doğru itələyin ki, yapışsın. Kafelin 4 tərəfinə də aralayıcı qoyun. Aralayıcılardan da istifadə etməklə, növbəti kafeli də eyni texnika ilə yapışdırın. Əgər kafellərdən biri digərindən hündürdürsə rezin çəkiclə vuraraq onların səviyyəsini eyniləşdirin. Bütün diaqonal cərgə tamamlanana qədər kafelləri qoymağa davam edin.
7) Növbəti diaqonal cərgəni də eyni şəkildə kafelləyin. Bütün mümkün bütöv kafelləri yapışdırana qədər işə davam edin.
8) Perimetrdəki boşluqları ölçün və həmin ölçüləri kafelə köçürün. Aralayıcının da enini ölçünüzdən çıxmağı unutmayın. Kafel kəsən alətlə götürdüyünüz ölçülərə uyğun kafelləri kəsin. Bütöv ölçülü kafelləri yapışdırdığınız texnika ilə də bu kafelləri yapışdırın. Sonra döşəmənin quruması üçün 24 saat gözləyin və daha sonra aralayıcıları çıxarın.
9) Dolğunu istehsalçının göstərişlərinə uyğun olaraq hazırlayın. Otağın uzaq küncündən başlayaraq rezin dolğu lövhəsi ilə kafellərin arasını dolğulayın. Rezin dolğu lövhəsini döşəməyə 45 dərəcə bucaq altında sıxın və diaqonal şəkildə kafellərin arasını doldurun. Işi bitirdikdən sonra, döşəmənin üzərindəki dolğunu nəm süngərlə təmizləyin, və süngəri tez-tez yumağı yaddan çıxarmayın. Dolğulanmadan 20 dəqiqə sonra, geri dönün və döşəmənin səthini yenidən təmizləyin. Döşəmənin quruması üçün 24 saat vaxt verin.