Kafel plitələrin səthə döşənməsi
Kafelləri diaqonal şəkildə vurarkən 15 faizlik itkiyə getmə faktorunu nəzərə alın. Kafelləri 45 dərəcəli bucaq altında və ya diaqonal şəkildə vurulması özlüyündə maraqlı bir yenilikdir. Kafellərin diaqonal şəkildə vurulması balaca otağı daha böyük göstərəcək, uzun otaqları isə demək olar ki ucsuz bucaqsız göstərəcək. Kafellərin diaqonal şəkildə vurulması bir neçə hazırlıq fərqləri istisna olmaqla demək olar ki, əsas kafel vurma texnikası ilə eynidir. Amma, standart kafel vurmadan fərqli olaraq diaqonal şəkildə kafel vurularkən, daha çox kafel kəsiləcək və buna görə də itki çox olacaq.
1) Döşəmədəki hər hansısa boşalmış mismarı yenidən döşəməyə çəkiclə mismarlayın. Səviyyə ölçən cihazla çökək yerləri tapıb doldurun, malanı bütün döşəmənin üzəri ilə gəzdirərək döşəməni hamarlayın, və sonra səviyyəni yenidən yoxlayın ki, döşəmənin səviyyəsi bərabər olsun. Döşəmə lövhələrinin arasındakı boşluq və birləşmələri doldurun. Bütün tozu və zibili təmizləmək üçün döşəməni süpürün.
2) Qarşı qarşıya duran divarların mərkəzilərini birləşdirən, otağı eninə bölən tabaşir xətti çəkin. Otağı uzununa bölən, və mərkəzdən keçən digər düz tabaşir xəttini çəkin. Kəsişmə nöqtəsindən 3 fit uzaqlıqda hər 2 istiqamətdə, və hər bir xəttin üzərində yer işarələyin. Bu 4 işarəni birləşdirib kvadrat formalı fiqur alın.
3) Otağın künclərindən cızılmış kvadratın ən yaxın 2 küncünə və 2 mərkəz xəttinin kəsişmə nöqtəsinə doğru xətt çəkin. Bu prosesi otağın hər bir küncü üçün təkrar edin.