Dəmir-beton konstruksiyanın qurulması
Bərkidicinin iş prinsipi elədir ki, seçilmiş bərkidici növündən asılı olaraq, bir neçə üsulla dəliyin yanlarına doğru genişlənə bilir. Genişləndirmə ankerləri kərpic, daş və əhəng kimi bərk özüllü materiallar üçündür.
Onların işləmə prinsipi sürtünmədən və yaxud genişlənmədən qaynaqlanan təzyiqlə boltdan betona təzyiqin ötürülməsinə və yaxud gücün dartılmasına əsaslanır.
Aşağıda bir sıra nümunələr verilmişdir:• Çivli bərkidici Bu növ bərkidicilər qaykadan, şaybadan və aşağı hissəsində konusvari çərçivəsi (mandreli) olan iki başlıqlı vintli polad boltdan ibarətdir. Bu çərçivə ya polad sıxac, ya da ayrıca polad çivlə əhatə olunur. Qayka bağlanan zaman , çərçivə(mandrel) sıxac və ya çivlərə doğru çəkilir və onları çərçivə (mandrel) və dəliyin yanları arasında sıxır.
• Muftalı bərkidici Muftalı bərkidicilər qaykadan, şaybadan, iki başlıqlı vintli polad boltdan və nazik metal muftadan ibarətdir.
• Çivli bərkidicidə olduğu kimi, boltun aşağı hissəsində genişləndirmə muftası ilə eyni diametrdə konusvari çərçivə (mandrel) var. Muftanın özü genişlənməyə kömək etmək məqsədilə uzununa kəsilib. Qayka bağlanan zaman o, çərçivəni (mandreli) muftaya doğru çəkərək onu genişlənməyə və dəliyin yanlarına bitişməyə məcbur edir.
• İki başlıqlı boltlu bərkidici Dəliyin yanlarına qarşı bərkidicinin genişlənməsini təmin edən dartılmış qaykadan istifadə edən çivli və muftalı bərkidicilərin əksinə iki başlıqlı boltlu bərkidici boltun yuxarı hissəsinə çəkiclə döyəcləməklə genişləndirilir. İki başlıqlı boltlu genişləndirmə bərkidicisi yuxarı ucundan dəliyə keçirilir və başlığın aşağı ucunda şaquli kəsikləri olan qazılmış dəliyə malik olur. Başlığın aşağı hissəsindəki bu dəlik konusvari polad tıxac (paz) üzərinə oturur.İki başlıqlı bərkidicinin yuxarı hissəsi çəkiclənən zaman polad boltun alt hissəsi konusvari polad tıxacın üzərinə təzyiq verir və bu də dəliyin yanlarını sıxaraq polad boltun genişlənməsi ilə nəticələnir.
• Özü qazan bərkidicilər Əvvəlcədən qazılmış dəliyə yerləşdirilmək əvəzinə özü qazan bərkidiclərin betonun içərisində öz dəliyini kəsmək üçün dişləri olur. Bu bərkidici (dişli) polad gövdədən və konusvari polad tıxacdan (pazdan) ibarətdir. Gövdənin yuxarı hissəsi daxildən elə yivlənib ki, bolt onun içərisinə keçirilə bilər. Konusvari polad tıxac (paz) üzərindən gövdəni drelləməklə, gövdənin alt hissəsi genişləndirilir və dəliyin yanlarına yapışır.
• İçə keçirməli bərkidicilər Bu bərkidicidə polad gövdədən və daxili polad genişləndirmə tıxacından (pazından) istifadə olunur.