İNŞAAT
Daş faner daxili və xarici şaquli divarlar və səthlər üçün qoruyucu və dekorativ örtük kimi istifadə olunur. Faner adətən 1 inç qalınlığındadır və hər kvadrat fut (73 kg/m2) üçün 15 paund (6,8 kq) ola bilir, buna görə də əlavə struktur dəstək tələb olunmayacaq.
(1) Materiallar
Daş faner həm təbii daşdan həm də istehsal edilmiş daşlardan hazırlana bilir.
Təbii daş fanera əsl daşdan hazırlanır, o ya təbii daşlar kimi toplanır və ya da karxanalardan çıxarılır. Daş bir fanera kimi istifadə üçün tutarlı bir qalınlıqda və ağırlıqda kəsilir. Bu daş Gernort Ehrlich tərəfindən ixtira olunmuş çox zaman nazik daş faner kimi adlandırılır.
İstehsal olunmuş daş faner təbii daşın görünüşünü təkrarlamaq üçün dekorativ tikinti materialıdır. Süni daşlar, saxta daş, dəstə daş faner, istehsal olunmuş daş, və elastik daş faner adları da həmçinin istehsal olunmuş daş faner üçün istifadə olunur.
(2) İstehsalat
İstehsal edilmiş daş faner yüngül çəkili beton qarışığın müxtəlif növlü kauçuk formalarına tökülməsilə hazırlanır və daha sonra rəngləyici proseslə rənglənir ki, bu da onların əsl daşa bənzəməyinə kömək edir. İstehsal olunmuş daş faner daha sonra xüsusi məhlullar ilə divarlara yapışdırılır.