İNŞAAT
Kimyəvi bərkidicilər
Bu bərkidicilər müxtəlif növ yapışdırıcılar və ya epoksilərdən istifadə etməklə, səthə yapışdırılmış və ya inyeksiya edilmiş formada ola bilər. Onlar iki hissəsli kimyəvi epoksilər, poliesterlər və ya vinilesterlərlə yerində birləşdirilir. Genişləndirici bərkidicilərdə olduğu kimi inyeksiya bərkidicisi əvvəlcədən qazılmış dəliklərə salınır və dəlik yapışdırıcı ilə doldurulur (yapışdırıcını içəri yeritməzdən əvvəl tozu üfürüb təmizləməyi unutmayın, əks təqdirdə, o, toza yapışaraq dəliyin səthi əvəzinə, daxili hissəsini tutacaq).
Mexaniki bərkidicilər
Dirsəkli bolt mexaniki bərkidicidir. Mexaniki bərkidicilər alçipan, oyuqlu beton bloklar (əsasən, bünövrələrdə istifadə olunur) və gips kimi oyuqlu özül materialları üçün daha əlverişli hesab olunur. Bu bərkidicilər möhkəmləndirilməsi nəzərdə tutulan materialın içində gərilən zaman arxa tərəfindən açılaraq, materiala qarşı sıxılır.