İNŞAAT
Suvağı çıxarmaq üçün ilk növbədə ilkin quraşdırma zamanı altlıq fitilin olub-olmadığını müəyyən etmək lazımdır. Altlıq fitil ip formalı olmalı suvağın qorunması məqsədilə qovşaqları kütlə halında doldurmaq üçün istifadə olunan köpük parçasıdır. Az miqdarda səth qatına tətbiq edildikdə elastik qalır. Qalın çəkildikdə isə, bərkiyərək çıxarılması çətin olur. Altlıq fitildən istifadə edildikdə isə, suvaq və altlıq fitili eyni vaxtda çıxarmaq məsləhət görülür.
3. Suvaqlama işi ilə bağlı bəzi tövsiyələr(1) Doğru suvağı seçin-100 faiz silikonlu olanı seçin və akrilik olmamasına diqqət edin.
Enerjiyə qənaət etmək və ya su sızmasının qarşısını almaq üçün 100 faizli silikon suvaqdan istifadə edilməlidir. Məqsəd istər enerjiyə qənaət etmək olsun, istərsə də, su sızıtınsının qarşısını almaq, hər bir halda 100 faizli silikon suvağı seçmək lazımdır. Silikon suyadavamlı, elastik və çatlamaya davamlı olduğundan daha çox üstün cəhətlərə malikdir. Akrilik suvaq zamanla yığılıb çatlaya və nəticə etibarilə su və hava sızmasına gətirib çıxara bilər. Belə sızmalar su sızmasının səbəb olduğu zədələnmə, küf artımı, yüksək miqdarda enerji itkisinə gətirib çıxara bilər. Bu isə həm də vaxt və pul itkisi deməkdir. Möhürləmə cəhdlərinizdən sonra olmayacağını düşündüyünüz sızma halları təhlükəli vəziyyət yarada bilər.
(2) Evinizdə olan bütün sızan yerləri tapıb möhürləyin.
Bir çox insanlar evlərində pəncərələr, qapılar, elektrik şəbəkələri və santexnika qurğularını möhürləsə də, çardaq və zirzəmiləri möhürləməyi unudurlar. Bu yerlərdə olan sızmalar pəncərə və qapılarda olan sızmalardan daha böyük problemlərə yol aça bilər.
(3) Suvaqlama tapançasını unutmayın.
Suvaq kartricini sıxıb çıxaracağınızı düşünməyin. Onun qaydası belə deyil. Düzgün şəkildə tətbiq edə bilmək üçün suvaq tapançasından istifadə etməlisiniz. Əlinizdəki iş azdırsa, suvaq tapançasından istifadəyə zərurət qoymayan biristifadəlik suvaq paketlərindən istifadə edin. Hər bir 1.25 paketi cırmaq, sıxışdırmaq və tətbiq etmək asandır.
(4) Yeni suvağı tətbiq etməzdən əvvəl köhnə suvağı təmizləyin.
Heç zaman köhnə suvağın üzərinə yenisini çəkməyin. Kəsici ülgücdən istifadə edərək köhnə suvağı təmizləyin. Köhnə suvağı təmizləməklə, yaranmış olan hər hansı küfü də söküb çıxara bilərsiniz. Bundan sonra məişət təmizləyicisi, spirt, dişli fırça ilə səthi təmizləyin və təmiz əski parçası ilə onu silin. Səthin suvaq işindən əvvəl təmiz, quru, sabunsuz, yağsız, çirk və tozsuz olmasını təmin edin.
(5) Suvaq tübikini kəsərkən ehtiyatlı olun.
Hər dəfə suvaq tapançasını sıxarkən, diyircək yaranır. Əlinizdə olan işə uyğunlaşdırmaq məqsədilə suvaq tübikinin açılan hissəsini kəsərkən ehtiyatlı olun (məsələn, nazik diyircək üçün yuxarı hissənin yanını kəsin və qalın diyircək üçün isə aşağıya doğru davam edin). İşə başlamazdan əvvəl silikon suvağın içərisində olan daxili möhürü sərt naqil və ya buna bənzər əşyadan istifadə etməklə sındırmaq lazımdır. Bir çox suvaq tapançalarında tapançaya birləşdirilən sərt obyekt də mövcuddur.
(6) Diyircəyin hamar olmasını təmin etmək üçün əlinizi yavaşladın və həddən çox sərt basmayın.
Suvaq tapançasını 45 dərəcə bucaq altında saxlayın. Suvağın hamar yayılması suvaq yayandan