İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Mozaik kafelin mətbəx divarında düzgün şəkildə quraşdırılması prosedurunu izah edə biləcək;
2. Mozaik kafeli mətbəx divarında düzgün şəkildə quraşdıra biləcək.
Təcrübə materialları:
1. Mozaik kafel lövhələri
2. Plastik kafel aralayici:1/8” yaxud 1/16”
3. Dolğu
4. Dolğu plombu
5. Düz başlı mismarlar
6. Cilalama kağızı
7. Silikon plomb
8. Kafel yapışdırıcı
9. Yapışqanlı lent
10. Karandaş
11. Metal künc kənarı
Avadanlıqlar və alətlər:
1. Dişli Mala 3/16”
2. Su tərəzisi
3. Ölçü cihazı
4. Təbaşir xətti aləti
5. Dolğu malası
6. Kafel kəsən mişar
7. Çəkic və rezin toxmaq
8. Vedrə
9. Süngər
10. Suvaqlama tapançası
11. Təhlükəsizlik gözlükləri
12. Əlcəklər
13. Kafel kəsən alət və ya bülövçü və ya yaş kafel kəsən mişar
14. Maket bıçağı
15. Qoruyucu lövhə
Mövzu ilə əlaqəli biliklər
1. Mozaik kafel
Keramik kafel çoxüzlü və dözümlü tikinti materialıdır. Kafellər döşəməyə, divara, demək olar
ki hər yerə yapışdırıla bilər, amma kafellər ən çox mətbəx və vanna otağı üçün əlverişlidir. Kafel