İNŞAAT
11. Dolğunu təmizləyin. Dolğu 20 dəqiqə qaldıqdan
sonra kafellərin üzərindən dolğunu
süngərlə təmizləyin. Bir hissəni təmizlədikdən
sonra süngəri yuyun və digər hissəni təmizləməyə
keçin.
|
|
12.Qurumağı üçün gözləyin. İndi isə dolğunun
qurumağı üçün 3 saat və ya istehsalçının
göstərişlərində verilən vaxt qədər gözləyin.
Dolğulanmış ərazinin quru qalması və havalanmasını
təmin edin.
|
|
13. Dolğunu “möhürləyin”. Bütün kafelləri
yapışdırdıqdan sonra dolğu möhürləyicidən
istifadə etməlisiniz. Bu, kafellərin arasındakı
boşluqlarda kiflənmənin qarşısını alır, və siz
bunu 1 ildən bir təkrarlamalısınız. (6 aydan bir
edilməsi daha çox məsləhətlidir). Baxmayaraq
ki, hər bir dolğu möhürləyici fərqli formadadır,
o, daha çox maz formasında olur və əski parçası
ilə dairəvi hərəkətlərlə tətbiq edilməlidir.
|