İNŞAAT
Hidravlik əhəng məhlulu istifadə edildikdə sement məhlulu qədər dözümlü və möhkəm olur. Qurudulmuş sement suyun təsirinə məruz qalmadıqda, yumşalmır və ya gips yapışdırıcısı kimi dağılmır. Gips və gil yapışdırıcılarından fərqli olaraq əhəng yapışdırıcıları fasad divarlarında belə istifadə edilə biləcək qədər dözümlü və möhkəmdir. Sement yapışdırıcıları ilə müqayisə etdikdə, sulu əhəngdən hazırlanmış yapışdırıcılar daha az kövrəkdir, daha az çatlayır və bitişdiricilər tələb etmir. Yüksək pH səviyyəsi əhəng məhsulunda funqisid effekti yaradır, buna görə də əhənglə suvanmış divarın üzərində və ya ətrafında kif yaranmır.
2. Keramik kafellərin yapışdırılması üçün məsləhətlər
(1)Divarın hazırlanması
• Kafellənəcək hissənin üzərində hər hansısa bir zədənin və ya kifin olub olmamasına baxın. Çatlar çox vaxt divarın zəif olmasına, və təmir edilməsinə və ya yenidən tikilməsinə işarə edir..
• Divarı, xüsusilə də tavanla bitişən yerləri əlinizlə yoxlayın. Əgər bu yerlər yumşaqdırsa və ya içəriyə doğru batırsa, onların üzərində iş aparılmamalıdır.
• Böyük ərazini kafelləyəcəksinizsə, çalışın kafel lövhəsindən istifadə edin, kafelləri birbaşa divara yapışdırmayın. Kafel lövhəsinin iş prinsipi alçıpanın iş prinsipinə oxşardır. Kafel lövhəsi alçıpan kimi divara mismarlanır, amma alçıpandan fərqli olaraq suya davamlıdır, buna görə də kafellərin çatlamasına mane olur.
(2) Kafellərin kəsilməsi
• Nümunə üçün, divarın uzunluğu 5 fit hündürlüyündədir. Siz kərpic kafellərdən istifadə edirsiniz və onun ölçüsü 6” dir, aralarında 1/4” fut təşkil edir. 9.6 kafelə ehtiyacınız olacaq, bu o deməkdir ki, sizə 9 bütöv və 1 kafelin 3.6”-ı lazım olacaq.
• Əgər almaz başlıqlı mişarınız yoxdursa, onu yaxınlıqda olan inşaat materialları satan məntəqədən əldə edə bilərsiniz. Kafel kəsəndən də istifadə edə bilərsiniz, amma bu halda çoxlu qırıq kafellərlə qarşılaşmaq təhlükəsi yaşana bilər. Ona görə də bu metoddan yalnız ucuz kafellə işləyərkən istifadə edin.
• Naxışlar yaradarkən kafellərin yerinə düzgün qoyulması ən vacib amillərdəndir. Buna görə