İNŞAAT
- ¾-lük, yəni içərisində tualet, lavabo və duş olan hamam otağı.
Bununla belə, bazarlarda bu terminlərin fərqli versiyalarına rast gəlmək mümkündür.
Bəzi ABŞ bazarlarında tualet, lavabo və duş “tam təchizatlı hamam otağı” sayılır.
Bundan əlavə, “bathroom”, yəni hamam otağı sözündən içərisində tualet və su çanağından başqa heç nə olmayan otağı təsvir etmək üçün istifadə olunur. Əlavə bənzər termin və evfemizmlər üçün bu məqaləyə baxın.
2. Döşəmə kafelləriSon texnoloji yeniliklər döşəmələr üçün rezin və ya şüşə kafellərdən istifadə ilə nəticələnsə də, döşəmə üçün nəzərdə tutulan kafellər keramika və ya daşdan hazırlanır. Keramik kafellər boyanmış və cilalanmış ola bilir. Kiçik mozaika plitələr müxtəlif nümunələrdə qoyula bilər. Döşəmə kafelləri adətən qum, sement və əlavə yapışdırıcı kimi lateksdən ibarət olan əhəng məhluluna salınır. Kafellər arasındakı məsafələr adətən cilalanmış və ya cilalanmamış döşəmə dolğusu ilə doldurulsa da, bir qayda olaraq əhəng məhlulundan istifadə olunur.
Təbii daş plitələr gözəl ola bilər, lakin təbii məhsul kimi rəng və naxış baxımından eynicinsli olduğundan, istifadə və quraşdırılması üçün daha çox hazırlıq tələb edilir. Kütləvi istiehsal olunan daş plitələr vahid en və uzunluğa malik olurlar. Qranit və ya mərmər plitələr hər iki tərəfdən mişarlanır, və vahid qalınlıqda olmaları üçün üst səthləri cilalanıb hamarlanır. Şifer kimi digər təbii daş kafellərin üst səthləri adətən bölünmüş formada olur; beləliklə, kafelin bir nöqtəsində olan qalınlıq digərindən fərqli ola bilər ki, bu da bir kafeli digərindən fərqləndirə bilər. Kafellərin qalınlığında olan fərqliliklər onların hər bir tərəfdən altına qoyulan əhəng məhlulu ilə kompensasiya olunur. Bunun üçün müxtəlif qalınlıqlar arasındakı maillikləri düzəltmək üçün geniş dolğu xətlərindən və ya yüksək qalan hissələri döymək üçün zubildən istifadə olunur.
Cilalanmış qranit, mərmər və traverten kimi daş kafellər yaş olduqda, sürüşkən olurlar. Bölünmüş, mişarlanmış və qum püskürdülmüş və ya cilalanmış səthə malik olan şifer kimi daş kafellər adətən sürüşməyə davamlı olur. Yaş olan ərazilərdə istifadə üçün nəzərdə tutulan keramik kafellər kiçik kafellərdən istifadə etməklə, sürüşməyə davamlı hala gətirilə bilər; bu zaman dolğudan kafelin səthi üzərinə kontur xətlərinin vurulması və ya novların yaradılmasında istifadə edilir.
Döşəmə kafellərinin çirklənməyə meylliliyi sadəcə tətbiq edilən və vaxtaşırı yenilənən möhürləyicidən deyil, həm də daşların məsaməliliyindən asılıdır. Şifer daha az məsaməli daş nümunəsi olduğu halda, əhəng daşı daha çox məsaməyə malikdir. Müxtəlif qranitlər və mərmərlər müxtəlif növ məsaməliliyə malikdir və daha az məsaməli olanlar daha qiymətli və bahalı hesab edilir.
Rezin döşəmə kafellərindən həm yaşayış, həm də kommersiya məqsədli binalarda istifadə edilir. Adətən yüksək dartıcılığı olan döşəmələr və ya asanlıqla qırıla bilən döşəmənin qorunmasına nail olmaq məqsədilə belə kafellərdən istifadə olunur. Rezin döşəmə kafellərindən qarajlar, sexlər, səkilər, hovuz kənarları, idman sahələri, idman zalları və rəqs zallarının döşəmələri üçün də istifadə olunur.
Yapışdırıcı olmadan bir-birinə keçirilən və quraşdırılan plastik və ya bir-birinə bərkidilmiş döşəmə kafelləri ən son standartlara cavab verir və hərəkətin sıx olduğu yerlər, yaş sahələr, alt təbəqəyə yapışmanın qarşısını alan maddələr və yağdan çirklənməyə məruz qalan sahələr üçün əlverişli hesab edilir. Bu növ döşəmələrdən adətən köhnə zavodlar, qarajlar, idman zalları və kompleksləri, məktəblər və mağazalarda istifadə olunur.
3. Hamam otaqlarında döşəməyə vurulmuş kafel nümunələri