Kafel plitələrin səthə döşənməsi
düşülür.
Banyolu hamam otağı və ya
duş otağı yataq otağına birləşdirilir və oraya yalnız yataq
otağından daxil olmaq mümkün olur. Britaniya əmlak agentliyinin terminologiyasında ailə hamamı
dedikdə, yataq otağına bitişik olmayan, qapısı koridora açılan otaq nəzərdə tutulur. Jack and Jill
(Cek-end-Cil) hamam otağı dedikdə, yataq otaqları ayrı olan iki istifadəçinin ortaq istifadə etdiyi
otaq nəzərdə tutulur. Wetroom dedikdə isə duş ilə təchiz olunmuş, suya davamlı otaq nəzərdə tutulur;
bu, rütubətin fəsadlarını aradan qaldırmaq üçün inşa edilir və döşəməaltı isitmə sistemi ilə təchiz
edilir.
Şəkil 1: Tam təchizatlı hamam otağı
Şəkil 2: Duş otağı
Birləşmiş Ştatlarda vahid, universal tərifin olmaması daşınmaz əmlak siyahılarında reklam
edilən və faktiki hamam sayı arasında uyğunsuzluqlara səbəb olur. Hamam otaqları aşağıdakı kimi
təsnifləşdirilir:
- Ən böyük yataq otağına birləşdirilən, içərisində duş və banyosu olan “əsas hamam otağı”;
- İçərisində dörd su kranı avadanlığı: tualet və lavabo, duşu olan banyo, ayrıca banyo və ayrıca
duş kabini olan “tam təchizatlı hamam otağı”;
- ½-lik, yəni içərisində sadəcə tualet və lavabo olan hamam otağı (və ya qadınlar üçün ayrılmış