İNŞAAT
Hamam otağı evdə içərisində su kranı, vanna və ya duşu olan və şəxsi gigiyena məqsədilə istifadə olunan bir otaqdır. Bəzi ölkələrdə texniki cəhətdən rahat quraşdırıldığı üçün tualet də hamamın içərisinə daxil edildiyi halda, digər ölkələrin mədəniyyətində bu hal qeyri-gigiyenik hesab edilir və bunun üçün ayrıca bir otaq təşkil etmək tələb olunur.
Tarixən insanların ictimai hamamlarda çimməyi kütləvi hal almışdı. Bəzi ölkələrdə hələ də bu cür ictimai hamamlara rast gəlmək mümkündür. Buna Yaponiyada olan sento və Finlandiyada olan saunaları misal göstərə bilərik.
Şimali Amerika ingiliscəsində “hamam otağı” sözü tualet də daxil olan hər hansı otaq və ya ictimai tualet sözlərini ehtiva edir (bununla belə, Birləşmiş Ştatlarda bu söz daha çox restroom, Kanadada isə washroom sözləri ilə ifadə olunur).
Bədəni təmizləmək üçün istifadə olunan yer və bu yerin tərtibatı, yəni dizaynını ifadə etmək üçün ingilis dilli ölkələrdə müxtəlif terminlərdən istifadə olunur.
Tam təchizatlı hamam otağı dedikdə, vanna və ya duş (və ya hər ikisi), tualet və su çanağı başa