İNŞAAT
(2) Dolğu növləri
Dolğu çeşidlərinə kafel dolğu, döşəmə dolğu, qatran dolğu, qısalmaz dolğu, sturuktual dolğu və tixotropik dolğu daxildir.
Kafel dolğusu əksər hallarda kafellər və mozaiklər arasındakı boşluqları doldurmaq və kafelin əsasını qorumaq üçün istifadə olunur. Dolğusuz mozaiklərin olmağına baxmıyaraq, əksər kafellərin daşları arasında dolğu mövcuddur. Kafel dolğusu sement əsaslıdır, qumlu və qumsuz formalarda olur. Qumlu növü incə üyüdülmüş silisia qumundan ibarətdir; qumsuz incədir və qum olmayan son səthi meydana gətirir. Onlar çox hallarda polimerlər və latekslər ilə gücləndirilir.
Struktual dolğu cox hallarda gücləndirilmiş divar hörgüsündə dəmirlə gücləndirilmiş divarlardakı boşluqları doldurmaq üçün istifadə olunur, dəmirin yerində sağlam durmasını və divara bağlılığını təmin edir.[2] Qısalmayan dolğu metal daşıyıcı plitələr altında, plitə və onun alt təbəqəsi arasında qalıcı daşıma səthi təmin edir.
Portland sementi dolğudakı ən çox istifadə olunan sementləmə maddəsidir, ancaq uretanlar və epoksilər kimi termosetlərə əsaslanan termoset polimer matris dolğusu da geniş istifadə olunur.
1. Dolğu üçün materialları və alətləri hazırlayın.
Uyğun dolğu materialını seçin. Dolğu
üçün dolğu süzgəci, mala, su dolu vedrə, dolğu
qarışdıran kasa kimi zəruri alətləri hazırlayın.
|