İNŞAAT
Oyuqlu divar 2 divardan və ya divar hissəsindən və divarları ortadan bölən davamlı hava sahəsi olan, bir-birinə paslanmayan metal bağlarla bağlanıb bünövrəyə birləşdirilən divara deyilir. Bağlar adətən 400mm şaquli istiqamətdə, 600 mm üfüqi istiqamətdə yerləşdirilir. Dəliklər oyuqlu divarın altında təqribən 800 mm mərkəzdə yerləşdirilməlidir. Oyuqlu divarın baza hissəsi rütubətin iç divara keçməməsi üçün rütubət əmici şəkildə hazırlanmalıdır. Oyuqları təmiz saxlamaq üçün 255 mm-lik eni oyuqlu divarın eni qədər olan lövhə qoyulmalıdır ki, palçıq məhlulu oyuqlara dolmasın. Növbəti cərgələrdə lövhə götürülüb, təmizlənib yerinə qoyula bilər. İzolyasiya dəyərini oyuqların içərisində artırmaq üçün kağız formasında olan genişlənmiş polisterindən tez-tez istifadə edilir.
Bəzi hallarda təmizlik lövhəsindən istifadə etmək məsləhətli deyil. Bu, daha çox cərgədəki hər 3-cü və ya 4-cü blokun müvəqqəti olaraq götürülməsi lazım olan hallarda baş verir. Bu bloklar belə təmizlənmədən sonra sement məhlulu ilə bərkidilir.