İNŞAAT
Möhkəmləndirilməmiş tikinti binasında (və ya MTB) yük daşıyan divarlar, yük daşımayan divarlar, baca kimi başqa strukturlar kərpicdən, keramik kafellərdən, daşdan və digər inşaat dəmiri kimi möhkəmləndirmələrdən istifadə edilməmiş inşaat materiallarından yararlanılır. Bu termin zəlzələ mühəndisliyində, müəyyən strukturların təsnifatında zəlzələ təhlükəsizliyi məqsədləri üçün istifadə edilir və bu termin müxtəlif yerlərdə müəyyən cüzi dəyişikliklərə məruz qalıb.
MTB strukturları zəlzələ təhlükəsinə qarşı həssasdır. Bir problem odur ki, kərpicləri birləşdirmək üçün istifadə edilən sementin çoxu lazımi qədər möhkəm deyil. Əlavə olaraq, bəzi bənnalıq elementləri dağılıb düşə bilər və bu, ətrafdakı insanların təhlükəsizliyinə zərbə vurur.
Kaliforniyada möhkəmləndirilməmiş yeni binaların tikilməsi 1933-cü ildən qadağan edilmişdir və ştat qanunları (1986-cı ildə qəbul edilmiş) köhnə binaların seysmik möhkəmləndirmələrini tələb edir. Yenilənmələr nisbətən bahalıdır və bəzən binanın damından bünövrəsinə qədər bağlanmasını tələb edir. Bina elementlərini (dam və divar kimi elementlər) bir-birinə bağladıqdan sonra bina zəlzələ zamanı fərqli şəkildə yox, bütöv şəkildə hərəkət edir və divarlar aşağıdakı strukturlara daha möhkəm bağlandığına görə divarlar dağılıb insanlara təhlükə yaratmır. Yenilənmələr ümumi olaraq binanın özünü qorumaq üçün yox, insanları qorumaq üçün həyata keçirilir. 2006-04 Kaliforniya seysmik təhlükəsizlik komissiyasının hesabatına görə, Los-Anceles şəhərində 1100 yenilənməmiş MTB binası, ştatda isə yenilənməmiş 7800 MTB binası var.
Yerli yurisdiksiyaya görə, Kaliforniya qanunları və standartları tətbiq edilmədi. Şikayətlər illərlə davam etdi. 2008-ci ilin hesabatına görə, möhkəmləndirilməmiş tikinti binalarının çoxu (hamısı yox) yenilənmişdir.
Güclü zəlzələlər olan ərazilərdə təşviş üçün xüsusi səbəb var, amma bu, yalnız nadir hallarda olur. Belə regionlarda MTB-lərin tikintisini limitləmək üçün tənzimləmələr olmaya bilər və ya son zamanlarda bu tənzimləmələr qəbul edilib. Məsələn, Amerika Birləşmiş Ştatlarının Utah ştatındakı Wasatch Fault ştatın Wasatch Front adlı ən çox məskunlaşılmış metropolitan ərazisidir (hansı ki ştatın paytaxtı olan Salt Lake şəhəri də ora daxildir). Wasatch Front ərazisinin 2 milyon əhalisi var və bu ərazi 200,000 MTB-yə malikdir, hansı ki bu rəqəmi Kaliforniya ştatı ilə müqayisə etdikdə bu, sadəcə 25.000-dir. Utah ştatı son zamanlarda bir çox ictimai MTB-ləri zəlzələyə qarşı davamlılıq üçün yenilədi, amma ştatdakı MTB-lərin çoxu şəxsi evlərdir.
MTB-lərin tikintisinin qarşısını alan zəlzələ kodeksinin olmaması 2010-cu ildə Haitidə bir çox insanın ölümünə səbəb oldu.