Hörgü strukturunun quraşdırılması
• Hər hansısa bir qapı və ya pəncərə boşluğunun yanındakı boşluqlu beton blokun kamerasına vertikal şəkildə bir əlavə metal inşaatı çubuğu qoyun. Divarın bu hissələri, tufanın və ya seysmik hadisələrin təsirinə digər hissələrdən daha çox məruz qalır və buna görə də əlavə möhkəmləndirmələrə ehtiyac duyulur.
• Hər bir kameranı sement məhlulu ilə doldurun. Kameralara doldurulan sement qarışımı divar bloklarına vertikal şəkildə tökülməsi üçün Portland sementindən xüsusi şəkildə hazırlanır. Sement məhlulu töküldükdən sonra metal inşaat çubuqlarını beton blokların mərkəzinə doğru çəkin. Bu yolla siz sement quruduqdan sonra yerləri dəyişmiş metal inşaat çubuqlarını əyərək üzərinə beton cərgələr qoymaq məcburiyyətində qalmayacaqsınız.
• Sementlə doldurduğunuz kameralardakı sement quruduqdan sonra növbəti 4 cərgə beton bloku hazır olan beton blokun üzərinə qoyun.