Dəmir-beton konstruksiyanın qurulması
Düzgün bünövrə yastığının qazılması bir neçə fərqli amildən asılıdır. Bünövrə yastığının tərtibatı zəmindən və üzərinə yerləşdirməyi nəzərdə tutduğunuz yüklənmədən asılıdır. Bununla əlaqədar tikinti işləri üzrə yerli səlahiyyətli nümayəndə və ya geotexniki mühəndislə məsləhətləşin və onların tövsiyələrini alın. Bu nümunə üçün, üç polad armaturdan ibarət eni 12 düym (30 sm) və dərinliyi 12 düym (30 sm) olan yastıqdan istifadə edəcəyik. Lakin zəmindən və yerli normativlərdən asılı olaraq ölçülər dəyişə bilər – bunu yoxlamaq lazımdır. Blok bünövrəsini qoyduqda isə eni 18 düym (40 sm) olan yastıqlar hazırlayırıq. Bunu onun üçün ediri ki, bünövrə yastığının blok divarın altına qədər çatmasından əmin olaq. Zəminin səthi düz olduqda və zəmin üzərinə hazırlıq qatı tökdükdə 12 düym (30 sm) en ölçüsündə yastıqdan istifadə edə bilərsiniz.
Bünövrə yastıqlarının qazılmasının iki əsas üsulu var – mexaniki üsül və ağir texnika üsulu. Mexaniki ekskavatordan istifadə etdiyiniz zaman, sizə lazım olan endə xəndəyi qazmaq üçün yararlı olan kovş ilə təchiz edilmiş ekskavatordan istifadə edin. Ekskavator kovşlarını dəyişdirmək mümkündür. Kovşu elə yerləşdirin ki, yerlə birləşmə səviyyəsində üçdə bir hissəsi bayırda, üçdə iki hissəsi də daxildə qalsın. Enin üçdə iki hissəsini daxildə saxlayın ki, yük yastıq üzərində düzgün yerləşsin.
MƏRHƏLƏ 1: İlk növbədə bütün küncləri göstərmək üçün zəmin üzərində bünövrə dayaqlarını dəqiqliklə yerləşdirin. Dörd ayaqlı səviyyələndiricidən (geodezik alətdən) istifadə edin və iplərin kəsişməsindən zəminə qədər çəkib ölçün. İstənilən halda mükəmməl nəticə əldə etmək şərt deyil. Bir düym (2.5 sm) daxilində yayınmaya yol vermək olar. Dirəyin yerləşdirilməsini müəyyən etmək üçün şaqulu hər iki istiqamətdə yoxlayın. Küncün yerini göstərməklə yerə qısa dirək basdırın, sonra həmin dirəyi və yeri rəngləyin ki, asanlıqla seçilə bilsin. 4 düymlük (təqribən 10 sm-lik) mismarlardan, çadır dirəklərindən və ya vintaçandan dirək kimi istifadə edə bilərsiniz.