İNŞAAT
(1) İstifadəsi
• Amerika Birləşmiş Ştatlarında kərpiclər həm binaların tikintisində, həm də səkilərin tikintisində istifadə edilir. Kərpic istifadəsinin izləri koloniya dövrünün binalarında və digər diqqətə layiq binalarda özünü göstərir. Kərpiclər, əsasən, 19-cu əsrin sonlarından və 20-ci əsrin əvvəllərindən yol tikintisində material kimi istifadə edilməyə başladı. Asfalt və betonun yol tikintisində istifadə edilməsi kərpicin yol tikintisində istifadəsini azaltdı, amma kərpic hələ də dekorativ bəzək kimi və gediş-gəliş sürətini azaltmaq üçün səkilərdə istifadə edilir.
• Şimal-qərbi Avropada kərpic əsrlərdir ki, tikinti materialı kimi istifadə edilir. Son zamanlara qədər, demək olar ki, bütün evlər tamamilə kərpicdən hazırlanırdı. Baxmayaraq ki, hal-hazırda bir çox evlər beton konstruksiya bloklarından və başqa materialların köməyi ilə tikilir, estetik görünüş üçün bir çox evlərin fasadında kərpicdən hələ də istifadə edilir.