o Hündür bokslarda saxlama
o Alçaq bokslarda saxlama
Sərbəst hərəkətli və fərdi yatacaqlı tövlə formasında düyələrin yetişdirilməsi bir çox üstünlüklərə malikdir. Belə ki, bu tövlə formasında sağmal inək tövlələrində olduğu kimi, hər bir düyənin ayrıca yatacaq yeri olur. Yatacaqlar hündür (rezin döşəməli) və çökək (saman, qum və ya peyin döşəməli) ola bilər. Düyələrin belə formalı tövlələrdə saxlanması onların doğumdan sonra sağmal inək tövləsinə keçirilən zaman heç bir uyğunlaşma və öyrəşmə problemi yaşamamasını təmin edir.
Bu tip tövlə formasında yatacaqlar üz-üzə və ya divarlara qoyula bilər.
Yatacaqların tövlə uzunu yerləşdirilməsinə görə də fərdi yatacaqlı tövlələri 2 qrupa ayırmaq olar: tövlə uzunu paralel düzülmüş yatacaqlar və tövlə uzunu perpendikulyar düzülmüş yatacaqlar.