Məqsəd: Təhsil alan südlük maldarlığın təsərrüfat üçün iqtisadi əhəmiyyətini bilir. O, südlük maldarlığın əsaslarını və heyvanların saxlanma şərtlərinə olan tələbləri bilir. Bununla da südlük maldarlıqda heyvanların düzgün saxlanması və yetişdirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyi bacarır. Heyvanların anatomiyası haqqında bilikləri əsasında heyvanlarda baş verən bioloji prosesləri başa düşür.
Ayrı-ayrı yemlər və yemlərə olan tələbat haqqında biliklər əsasında müxtəlif rasionların düzgün tutulmasını həyata keçirə bilir. Südün formalaşması, laktasiya prosesi və sağım prosesi üzrə əldə etdiyi biliklər əsasında təhsil alan düzgün süd istehsalını təşkil edə bilir. Əldə edilmiş süddən necə istifadə edilməli olduğunu bilir və lazım olan qurğu və qabları təmiz və qaydasında saxlamağı bacarır. Südü pendir istehsalı üçün emal etməyi bacarır.
Südlük maldarlıqda mövcud mühüm xəstəlikləri bilir. Sürünün bərpası üçün şərtləri bilir və düyələrin düzgün yetişdirilməsini həyata keçirməyi bacarır. Mühüm damazlıq məqsədlərini və mühüm yerli cinslərin xüsusiyyətlərini bilir. Erkək buzovların kəsim üçün hazır olana qədər kökəldilməsini təşkil edə bilir.
Birinci və ya ikinci tədris ilində əldə edilmiş zoologiya, heyvandarlıq və bitkiçilik (çəmənçilik, yemçilik, qarğıdalı əkini) üzrə ümumi ilkin biliklər bunun üçün əsas şərtdir.
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) | İstehsalat təcrübəsi | Dərs saatları (istehsalat təcrübəsi) | Metodik göstərişlər |
Gəlir və xərclərin tərkibi və müəyyən edilməsi |
||||
Modellər və plakatlar əsasında orqanların təyin edilməsi |
5 | |||
Yemlərin müəyyən edilməsi Yemlərin qiymətləndirilməsi |
10 |
|||
Məhsuldarlıq səviyyəsinə uyğun- - sağılan inəklər üçün (yay/qış
yemləməsi) |
15 | |||
Model və şəkillər vasitəsilə |
22 |