Tövlədə havanlandırma sisteminin yaxşı olması infeksiyaların yayılmasının qarşısını almaqla tənəffüs yolları xəstəliklərinin azalmasına da təsir göstərir.
• Düyələrin hərəkəti, istirahəti (uzanma) və yeməsi üçün yetərli səviyyədə yer olmalıdır.
Ümumilikdə, düyələrin saxlanılması üçün tövlə forması seçilməmişdən öncə ana sürüyə nisbətdə təsərrüfatda mövcud olacaq düyələrin sayı hesablanmalıdır. Təsərrüfatda düyələrin sayına təsir edən əsas faktorlar aşağıdakılardır:
• İlk bala vermə yaşı
• Sürünün bərpa ili (hər il ana sürünün neçə faizi düyələr ilə əvəzlənməlidir)
Bu faktorlar əsasında mövcud normalar çərçivəsində tövlələrin neçə düyəlik tikilməli olduğu planlaşdırılır:
Yaşı | İlk bala vermə ayı |
Tövlə yeri ehtiyacı | |
33 % sürünün bərpası | 25 % sürünün bərpası | ||
6-9 ay | 10 % | 7 % | |
10-12 ay | 10 % | 7 % | |
13-18 ay | 20 % | 14 % | |
18 aydan yuxarı |
25-ci ay | 20 % | 14 % |
27-ci ay | 23 % | 17 % | |
29-cu ay | 26 % | 20 % | |
Cəmi | 60-66 % | 32-38 % |
Yuxarıdakı normativlər əsasında hər il ana sürünün 1/3-i (yəni 33%) əvəzlənəcəksə, cəmi sayın 60-66%-ə qədər, ¼-i (yəni 25 %) əvəzlənəcəksə, 32-38 %-ə qədər düyələr üçün saxlama yeri olmalıdır. Məsələn, əgər 1000 baş sağmal inək təsərrüfatında inəklər 4 ildən bir sürüdə bərpa olunmaqla planlaşdırma nəzərdə tutularsa, bu zaman 320-380 düyə yeri olan tövlə tikilməlidir.
Müasir yanaşma və yeni tikilən tövlə formalarında düyələrin qrup halında saxlanmasına üstünlük verilir. Heyvanların başı bağlı sistemli tövlələrdən fərqli olaraq qrup halında saxlanması onların inkişaf tempi və sağlamlıq vəziyyətinə müsbət təsir göstərir. Düyələrin qrup formasında saxlanmasına imkan verən müxtəlif tövlə formaları mövcuddur:
• Sərbəst hərəkətli və fərdi yatacaqlı tövlə forması (sağmal inəklərdə olduğu kimi)
• Bokslarda saxlama