Südlə yemləmə ilə yanaşı, müəyyən dövrdən sonra buzovlara işkəmbənin inkişafı üçün qaba yemlərdən verilməyə başlanır.
Doğuşdan 4 gün sonra buzovlara qaba yem vermək olar. İlk 10 gün ərzində buzovlar çox az qaba yem yeyirlər. Bununla belə müxtəlif üsullarla onları bu yemdən yeməyə alışdırmaq lazımdır.
5.3 Buzovlarda olan xəstəliklər və müalicəsi
İshal və pnevmoniya xəstəliyi buzovlarda rast gəlinən ən əsas xəstəliklərdəndir. Bu iki xəstəlik yüksək buzov itkilərinə və ya buzovun inkişafında geriləmələrə səbəb olur.
İshal xəstəliyi buzovlarda, əsasən, ilk həftələrdə müşahidə edilən xəstəlikdir. Əsasən, infeksion və ya yemləmə pozulmasından yarana bilir və buzovun həddindən artıq maye itirməsinə səbəb olur. İshala səbəb olan əsas infeksiyalar aşağıdakılardır.